Çərşənbə , Dekabr 12 2018
Ana səhifə / Cəmiyyət / “Mentalitetə uyğun olmayan küçə adları dəyişdirilib”

“Mentalitetə uyğun olmayan küçə adları dəyişdirilib”

Ünvan reyestr xidmətinin yaradılması ilə əlaqədar yerli icra hakimiyyəti orqanları ilə birgə iş nəticəsində 8 minə yaxın küçə və prospektə yeni adlar verilib.

Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin Aparat rəhbəri Azər Bəşirov məlumat verib.
O bildirib ki, bu işə başlayanda ölkədə bir çox küçə və prospektlərin adları yox idi. “Yeni yaşayış massivləri salınır. Bir sıra yeni salınan yaşayış massivlərində küçələrin adları yox idi. Biz həmin küçə və prospektlərə adların verilməsində iştirak etdik. Bəzi küçələrin adları Azərbaycan mentalitetinə uyğun deyildi, həmin adlar dəyişdirildi”.

A.Bəşirov, həmçinin qeyd edib ki, kəndlərdə küçələrə ünvanların verilməsi prioritet məsələdir. Komitə rəsmisinin fikrincə, yeni ünvan reyestr informasiya sisteminin yaradılması fövqəlada hallar və təcili yadım zamanı onların vaxında hadisə yerinə çatmasına yardımçı olacaq.(Azvision.az)

VIPedu.BIZ

Həmçinin oxuyun

Arif Əsgərovu ayağından asmaq ÇAĞIRIŞI…

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışmış Arif Əsgərovun yaxın qohumları dövlət …