Ana səhifə / Cəmiyyət / Mehriban xanımdan daha bir möhtəşəm addım

Mehriban xanımdan daha bir möhtəşəm addım

Baş redaktor Zaur Mirzə-zadə ölkəmizin Birinci xanımı Mehriban Əliyevaya  təşəkkür etdi.

Azinforum.az-a verilən məlumata görə  təcili ürək əməliyyatına ehtiyacı olan jurnalistin anası Esmira Mirzəyeva müalicə və əməliyyat  xərclərini Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Məlumatda deyilir: “Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti çox hörmətli Mehriban xanıma təşəkkür edirik. Ürək xəstəliyindən əziyyət çəkən və təcili ürək-damar əməliyyatına  ehtiyacı olduğu üçün  Mehriban xanım Əliyevaya  müraciət etdik, qısa müddət ərzində müraciətimizə cavab verildi və Mərkəzi Neftçilər Xəstəxanasında Tibb üzrə Elmlər Doktoru Rəşad Mahmudov uğurlu cərrahiyyə əməliyyatı keçirdi. Ailəmin adından Mehriban xanım Əliyevaya  dərin təşəkkür edirəm! Ölkə başçımız cənab İlham Əliyev hər bir azərbaycanlının  prezidentidir.Tanrı Sizin ailənizi qorusun!


Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …

Bir cavab yazın