Cümə axşamı , Noyabr 14 2019
Ana səhifə / Cəmiyyət / Mehriban Əliyevanın tarixi missiyası…

Mehriban Əliyevanın tarixi missiyası…

Mehriban Əliyevanın böyük işləri

İncəsənətimizin və mədəniyyətimizin kompleks problemlərinin həllində, inkişafında, onların gələcək perspektivlərinin aşkarlanmasında Mehriban Əliyevanın fəaliyyəti Azərbaycan tarixində bütün insanlarla və zamanlarla müqayisədə ölçüyəgəlməz dərəcədə böyükdür!

Mehriban Əliyevanın bilavasitə təşkilatçılığı və hamiliyi sayəsində təşkil olunan muğam yarışmaları və seçimləri Azərbaycan tarixində heç zaman belə möhtəşəm və gözəl olmamışdı. Muğam yarışmalarının hamısı musiqi tarıxımizin qızıl fonduna düşüb.

Mehriban Əliyevanın bilavasitə təşkilatçılığı sayəsində Azərbaycanda və bütün Avropa tarixində ilk dəfə Bakı 1-ci Avropa Oyunları keçirildi.

Mehriban Əliyeva Azərbaycan tarixində ilk dəfə dünya səviyyəli mədəniyyətlərarası və dinlərarası beynəlxalq forumlar və dialoqlar keçirib.

Mehriban Əliyevanın Azərbaycan təhsilinə verdiyi töhfələr də əvəzsizdir. Mehriban Əliyevanın Azərbaycanın ucqar rayon və kəndlərində tikdirdiyi göz oxşayan gözəl məktəblər, onların kompüterləşdirilmiş sinifləri təhsilimizin inkişafında mühüm rol oynayır.

Mehriban Əliyeva dünyada tolerantlıq mühitinin yaranmasına töhfə verir

Mehriban Əliyeva Şərq və Qərb ölkələrində Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliği və yayılması sahəsində nəhəng işlər görür!

Mehriban Əliyeva Azərbaycanda, Şərq və Qərb ölkələrində gördüyü böyük işlərlə Azərbaycanın tolerant bir ölkə olduğunu dünyaya nümayiş etdirir, dünyada tolerantlıq mühitinin yaranmasına, tolerantlıq problemlərinin həllinə böyük töhfələr verir!

Mehriban Əliyeva mədəniyyətlərin inteqrasiyası və zənginləşməsi sahəsində böyük işlər görür

Mehriban Əliyeva Azərbaycan mədəniyyətini və incəsənətini dünya ölkələrində təbliğ və təşviq etdiyi kimi, İslam mədəniyyətinin və Qərb mədəniyyətinin də Azərbaycanda təbliğ olunması sahəsində böyük işlər görür!

Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin və incəsənətinin dünya mədəniyyətinə inteqrasiya etməsi və dünya mədəniyyətinə töhfələr verməsi, dünya mədəniyyətinin isə Azərbaycan mədəniyyətini və incəsənətini zənginləşdirməsi sahəsində misilsiz işlər görür.

Mehriban Əliyeva dünyaya nümunədir

Mehriban Əliyevanın Azərbaycanda və dünyada tolerantlıq mühiti yaratmaq sahəsindəki səyləri və gördüyü mühüm işlər həm islam aləmi, həm də xristian dünyası üçün bir nümunədir.

Mehriban Əliyevanın nümunəsini görən həm islam, həm də xristian aləminin insanları zaman keçdikcə öz ölkələrində də tolerantlıq mühitinin yaranmasına çalışacaqlar.

Mehriban Əliyevanın tarixi missiyası

Mehriban Əliyevanın böyük işləri Heydər Əliyevin və İlham Əliyevin missiyalarının

tərkib hissələridir.

Mehriban Əliyevanın Azərbaycanda və dünyada mədəniyyətlərarası dialoq və tolerantlıq yaratma missiyası var.

Mehriban Əliyevanın Azərbaycanda və dünyada mədəniyyətin və incəsənətin hamisi olmaq missiyası var.

Mehriban Əliyevanın İSESKO-nun və YUNESKO-nun xoş məramlı səfiri kimi islam aləminin və dünyanın xoş məramlı səfiri missiyası var.

İSESKO və YUNESKO dünya mədəniyyətinin qorunmasına xidmət edir.

Mehriban Əliyeva dünya mədəniyyətinin xoş məramla və sülh yolu ilə qorunması uğrunda çalışdığından, onun dünyada xoş məramlar və sülh yaratma missiyası var.

Prof.Dr. Qüdrət İsaqov

Qüdrət İsaqov fizika-riyaziyyat elmləri doktoru, professordur. 120 yaxın elmi işi var. Onlardan 100-ə yaxın elmi iş xaricdə çap olunub.

“Mənim Prezidentim İlhamdı”,

“Heydər Əliyevin və İlham Əliyevin tarixi missiyaları” adlı kitabların müəllifidir.

Hal-hazırda Binəqədi birinci seçki dairəsindən deputalığa namizədliyini irəli sürüb.

 

Qüdrət İsaqovun kitablarının şəkilləri:

 

Həmçinin oxuyun

Bakıda bəylə gəlin piketə düşdü (VİDEO)

Bakıda bəylə gəlin polislə jurnalistlərin arasında qalıb.Hadisə paytaxtın mərkəzi hissəsində – Bakı Şəhər İcra Hakimiyyətinin …

Bir cavab yazın