Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Cəmiyyət / Mehriban Əliyeva Yaqub Zurufçunun müalicəsini nəzarətə götürüb

Mehriban Əliyeva Yaqub Zurufçunun müalicəsini nəzarətə götürüb

Birinci vitse-prezident Mehriban Əliyeva koronavirusa yoluxan əməkdar artist Yaqub Zurufçunun müalicəsini nəzarətə götürüb.

Bu barədə Trend-ə Yaqub Zurufçunun həyat yoldaşı Aynur Zurufçu məlumat verib.

Onun sözlərinə görə, hazırda Yaqub Zurufçunun vəziyyəti ilə bağlı məsələ Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.

Yaqub Zurufçunun müalicəsi üçün xaricdən həkim də dəvət olunub.

Qeyd edək ki, koronavirusa yoluxan Yaqub Zurufçu “Yeni Klinika”ya yerləşdirilib.

Həmçinin oxuyun

Keçmiş icra başçısı ECMO-ya qoşuldu

Vəzifə cinayətlərinə görə həbs olunan, Biləsuvar Rayon İcra Hakimiyyətinin koronavirusa yoluxan sabiq başçısı Mahir Quliyevin …