Cümə , Dekabr 4 2020
Ana səhifə / Cəmiyyət / Mehriban Əliyeva: “Hər şeyə hazır olmaq lazımdır”

Mehriban Əliyeva: “Hər şeyə hazır olmaq lazımdır”

“Azərbaycanla Rusiya arasındakı münasibətlər möhkəm tarixi təməllər üzərində qurulub. Bizim xalqlarımızı onilliklər boyunca mədəni əlaqələr birləşdirib. Bu da təbii ki, ikitərəfli siyasi və iqtisadi əməkdaşlığa çevrilib”.

Virtualaz.org saytı xəbər verir ki, bu sözləri Rusiyanın “Rossiya-24” telekanalına müsahibəsində Azərbaycanın birinci ledisi, Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva deyib.

M.Əliyeva telekanal əməkdaşının Avropa Oyunları ilə bağlı sualına cavabında bu tədbirin Avropanın idman tarixində yeni səhifə açacağını bildirib.

M.Əliyeva deyib ki, belə miqyasdakı tədbirlər haqda heç vaxt qabaqcadan nəsə demək olmaz və hər şeyə hazır olmaq lazımdır: “Biz hər şeyi hesablamağa, ölçüb-biçməyə çalışırıq. Hesab edirəm ki, bu Avropa Oyunları idmançılardan ötrü bayrama çevrilməlidir. Biz çoxlu sayda qonaqların gəlişini gözləyirik və böyük mədəni proqram hazırlamışıq. Biz zəngin tarixə və mədəniyyətə malik Azərbaycanı bütün dünyaya göstərmək istəyirik. Ümid edirəm ki, qonaqlarımız razı qalacaqlar”.

M.Əliyevanın müsahibəsinin videoyazısını təqdim edirik:

 

Həmçinin oxuyun

Qarabağ qazisinin bu videosu hər kəsi kövrəltdi (VİDEO)

Birinci Qarabağ müharibəsinin iştirakçısı Qəmbərov Rauf Rəfi oğlunun Qarabağın işğaldan azad olunması ilə bağlı hərbi …

Bir cavab yazın