Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / “Medilux”da ölüm hadisəsi – həkim və klinika rəhbərliyinə qarşı sərt ittihamlar-FOTO

“Medilux”da ölüm hadisəsi – həkim və klinika rəhbərliyinə qarşı sərt ittihamlar-FOTO

Bakının ən bahalı, özəl klinikalarından biri olan “Medilux”da ölüm hadisəsi baş verib. Qafqaznews.Az-a daxil olan məlumata görə, hadisə ötən gün axşam saatlarında baş verib. “Medilux” klinikasında Dilqəm adlı həkim tərəfindən əmə12506739_1669322379994299_1266882072_n (1)liyyat olunan Tovuz rayonu sakini, 1967-ci il təvəllüdlü Təranə Vaqif qızı Müseyibova elə klinikada dünya12507045_1669322326660971_1423439786_nsını dəyişib. Vəfat edən qadının qohumlarıQafqaz Xəbər Agentliyinə müraciət edərək, məsələni araşdırmağı və problemi işıqlandırmağı xahiş ediblər.
Şikayətçi qohumlar əmindirlər ki, T.Müseyibova məhz həkimin uğursuz əməliyyatı və səhlənkarlığı nəticəsində həlak olub. Onlar cərrahın və klinika rəhbərliyinin məsuliyyətə cəlb edilməsini, ölüm hadisəsinin araşdırılmasını tələb edirlər. Əldə etdiyimiz başqa bir məlumata görə, adıkeçən klinika Dövlət Miqrasiya Xidmətində yüksək rütbəli məmura məxsusdur. Xatırladaq ki, “Medilux” Bakıda xidmətlərin qiymətlərinə görə, “lüks”, yəni bahalı səhiyyə müəssisələrindən hesab olunur, burdakı qiymətlər isə digər özəl klinikaların əksəriyyəti ilə müqayisədə dəfələrlə artıqdır. Məsələ ilə bağlı araşdırmamız davam edir, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Bizi izləyin.

 

12511734_1669322343327636_1132319567_n12498816_1669322373327633_1562845985_n

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın