Şənbə , Avqust 20 2022
Ana səhifə / Cəmiyyət / “Media və sosial şəbəkədə yayılmış məlumatlar əsasında 6 cinayət işi başlanıb”

“Media və sosial şəbəkədə yayılmış məlumatlar əsasında 6 cinayət işi başlanıb”

“Cinayətkarlığa qarşı mübarizədə medianın önəmli rolu vardır”.

APA xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən kollegiya iclasında Baş prokuror Kamran Əliyev deyib.

Kamran Əliyev milli mətbuatın yaradılmasının 147-ci il dönümü münasibətilə media nümayəndələrinə səmimi təbriklərini ünvanlamaqla qeyd edib ki, hesabat dövründə Baş Prokurorluq tərəfindən aparılan mütəmadi monitorinqlər nəticəsində media və sosial şəbəkə səhifələrində yayılmış məlumatlar əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə 6 cinayət işi başlanıb.

“Bir məlumat üzrə aidiyyəti struktur qurum tərəfindən məhkəməyə mülki iddia verilib, 2 məlumat üzrə neqativ hallardan çəkindirmək məqsədilə vətəndaşlara prokuror təsiri tədbiri aktı olan xəbərdarlıq elan edilib, 3 məlumat üzrə qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair təqdimatlar göndərilib”, – Baş prokuror vurğulayıb.

Həmçinin oxuyun

“Kəmaləddin Heydərov orada tüstü çıxırsa, mütləq o ocağı söndürməlidir”

“İşdə məhəbbət macərası deyim, yoxsa biabırçılıq, bilmirəm… Hər halda, heç bir müəssisə belə şeydən sığortalanmayıb. …