Bazar , Noyabr 29 2020
Ana səhifə / Cəmiyyət / “McDonald’s”dan Azərbaycanın haqq savaşına qarşı xain addım…

“McDonald’s”dan Azərbaycanın haqq savaşına qarşı xain addım…

“McDonald’s”ın Azərbaycan nümayəndəliyi Azərbaycan Ordusunun düşmənə qarşı əks hücumlara başlamasından sonra sosial media hesablarında Ordumuza dəstək məqsədi ilə yaydığı postları və paylaşımları silib.

 Azərbaycanda tanınmış və xeyli sayda müştərisi olan “McDonald’s”ın bu addımı qəzəblə qarşılanıb. Eyni addımı “Burgerking” şirkəti də atıb. Sosial şəbəkələrdə hər iki şirkətin boykot edilməsi ilə bağlı paylaşımlar böyük sürətlə yayılır.
Qeyd edək ki, adı çəkilən şirkətlər həmin paylaşımları ermənilərin kütləvi narazılığından sonra siliblər.
“McDonald’s”ın bu məsələ ilə bağlı verdiyi açıqlama isə daha böyük qəzəbə səbəb olub.

Şirkət paylaşımları silməsini “əsas amalımız insanları qida ilə təmin etməkdir” kimi absurd fikirlə izah etməyə çalışıb.  Musavat.com

Həmçinin oxuyun

“Cəbrayılda rahat gəzə bilərəm, balam orada şəhid olub” – VİDEOREPORTAJ

Azərbaycan Televiziyası 44 gün davam edən Vətən Müharibəsində şəhid olan qəhrəmanlarımız haqqında növbəti süjetini yayımlayıb. Budəfəki …