Bazar , Oktyabr 25 2020
Ana səhifə / Cəmiyyət / Mazımçay gömrük postu bir neçə saat bağlı qaldı

Mazımçay gömrük postu bir neçə saat bağlı qaldı

Mazımçay gömrük postunda yaranan texniki problem uzun növbəyə səbəb olub.

Bu barədə Oxu.Az-a Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Natiq Axundov məlumat verib.

O, bildirib ki, Mazımçay gömrük postunda mövcud problemə səbəb Balakən və Zaqatala arasında internet xəttinin kəsilməsidir:

“Bir neçə saat Mazımçay gömrük postunda giriş-çıxışlar bağlı olub. İnternet xəttində yaranmış problem səbəbindən sistem işləməyib. Komitə tərəfindən aidiyyəti qurumlara müraciət olunub. Yaranmış problemin aradan qaldırılması istiqamətində tədbirlər görülüb. Artıq problem aradan qaldırıldığı üçün gömrük postunun fəaliyyəti bərpa olunub.

Həmçinin oxuyun

Azərbaycanlı iş adamı əsgərimizin arzusunu reallaşdırıb – Fotolar

Azərbaycanlı iş adamı Fərid Novruzi Hadrut (Ağoğlan) qəsəbəsinin işğaldan azad edilməsində iştirak edən əsgərin arzusunu …