Çərşənbə , May 25 2022
Ana səhifə / Cəmiyyət / Mayda bayramlarla əlaqədar 6 gün qeyri-iş günü olacaq

Mayda bayramlarla əlaqədar 6 gün qeyri-iş günü olacaq

May ayında bayramlarla əlaqədar 6 gün qeyri-iş günü olacaq.

Nazirlər Kabinetinin “2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 1 dekabr 2021-ci il tarixli qərarına əsasən, mayın 2, 3-ü Ramazan bayramı müəyyən edilib.

Bundan başqa, 9 May – Faşizm üzərində Qələbə Günü və 28 May Müstəqillik Günü iş günü hesab edilməyən bayram günləridir. Bu il 28 may həftənin şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 30 may qeyri-iş günü olacaq. Beləliklə, ardıcıl 3 gün iş olmayacaq.

Beləliklə, may ayında bayramlarla əlaqədar 6 gün qeyri-iş günü olacaq.

Həmçinin oxuyun

Elza Seyidcahanla jurnalist arasında GƏRGİNLİK: – “Oğlun pulu ödəyirsə, camaatdan niyə yığırsan?”

Əməkdar artist Elza Seyidcahanla jurnalist Zülfiyyə Qurbanova arasında gərgin anlar yaşanıb.AZİNFORUM.AZ Oxu.Az-a istinadla xəbər verir …