Ana səhifə / Cəmiyyət / Maska tələbi ləğv edilir, bəs cərimələr necə olacaq? – Vəkil

Maska tələbi ləğv edilir, bəs cərimələr necə olacaq? – Vəkil

“Xüsusi karantin rejimində tətbiq edilən maska tələbi ilə bağlı qərarı pozan vətəndaşlar cəriməsini ödəməlidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında vəkil Əkrəm Həsənov Nazirlər Kabinetinin maska tələbinin ləvğ edilməsi ilə bağlı qərardan danışarkən deyib. Vəkil bildirib ki, ayın 1-nə kimi kimlərsə maska taxmasa, onlar da cərimələnəcək:
“Xüsusi karantin rejiminin öz qaydaları və dövrü var. Nazirlər Kabineti hesab edir ki, ölkədə mayın 1-nə kimi təhlükə var və vətəndaşlar qapalı məkanlarda maskadan istifadə etməlidir. Kimsə maska tələbi olan dövrdə qaydanı pozubsa onu ödəməlidir. Əhalini məlumatlandırmaq lazımdır ki, onlar mayın 1-nə kimi maska taxsınlar”.
Qeyd edək ki, Nazirlər Kabinetinin Qərarına əsasən xüsusi karantin rejimində bəzi məhdudiyyətlər aradan qaldırılıb. 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edilir.

Həmçinin oxuyun

Xoşqədəm Hidayətqızı məhkəməyə verildi: Həbsi tələb olunur

ARB telekanalında yayımlanan “Səni axtarıram” proqramının aparıcısı Xoşqədəm Hidayətqızı və verliş iştirakçılarından biri – Bərdə …