Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Cəmiyyət / Maşının üstünə reklama görə çıxıbmış…

Maşının üstünə reklama görə çıxıbmış…

Ötən gündən etibarən maşının üstünə çıxaraq rəqs edən qız sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan birinə çevirilib. Gənc xanım Cavanşir körpüsünün üstündə müğənni Nur Cəfərlinin adına olan “Hyundai” markalı maşının üstündə şou göstərib və yol hərəkəti qaydalarını pozub. 

“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə bu videonun PR məqsədi ilə çəkildiyi iddia olunub.  Müğənni Nur Cəfərli prodüseri ilə videonun fonunda səslənən “Nəyinə gərək” mahnısının reklamı üçün bir ideya düşünüb. İfaçının köməkçisi bununla bağlı rəqqasə ilə danışıqlar aparıblar və gözlənilən “şou” baş tutub.  Onlar həmin videonu bir neçə instaqram səhifələrində paylaşılmasına nail olublar.

Lakin N. Cəfərli videonun belə səs-küy yaradacağını bilməyib və saytların məlumatından, Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevin açıqlamasından və rəqs edən xanımın idarəyə dəvət olunmasından narahatçılıq keçirib və qorxuya düşüb.

“Qafqazinfo” mövzu ilə bağlı Nur Cəfərli ilə əlaqə saxlamağa çalışıb. İfaçı bu barədə hələ açıqlama vermək istəmədiyini deyib:

“Hələ bu barədə açıqlama verməyəcəm. Özüm sizə zəng vuraraq məlumat verəcəm”.

 

Həmçinin oxuyun

Bu gün Türkiyədə Polad Həşimov parkı açılacaq

Bu gün Türkiyənin Bursa vilayətində Polad Həşimov parkının açılışı olacaq. Şəhid generalın xatirəsi Türkiyədə əbədiləşdirilib. …