Cümə , Dekabr 4 2020
Ana səhifə / Cəmiyyət / Masallıda qeyri-adi avtomobil hazırlandı (VİDEO)

Masallıda qeyri-adi avtomobil hazırlandı (VİDEO)

Masallı rayon sakini idman üslubunda qeyri-adi avtomobil düzəldib. İki qapısı olan maşının qapıları yuxarı-aşağı və horizantal şəkildə hərəkət etməklə avtomotik açılıb-bağlanır. Oktay Rzayev bu işə 18 ay vaxt sərf edib.
Belə ki, köhnə avtomobillərin hissələrini bir araya yığıb yeni, idman üslubunda avtomobillər düzəldir. Artıq onun hazırladığı avtomobillərdən birini Masallı yollarında görmək olar.
Rayonun Türkoba kənd sakini Oktay Rzayev uşaqlıqdan maşın həvəskarı olub. Atası ilə birlikdə çalışdığı təmir sexində avtomobil hissələrinin xüsusiyyətini və iş prinsiplərini öyrənib. Sonradan özü də yeni avtomobil modeli düzəltmək həvəsinə düşüb. Oktay Rzayev 18 ay ərzində idman üslubunda qeyri-adi avtomobil hazırlayıb. Usta modelin ərsəyə gəlməsində xaricidə istehsal olunan avtomaşınların hissələrindən yararlanıb.
Avtomobilin qeyri-adi dizayni var. maşındakı iki qapı yuxarı-aşağı və horizantal şəkildə hərəkət etməklə avtomotik açılıb-bağlanır. Yanacaq sərfiyyatı isə 100 km-ə 9 litirdir.
Bu Oktay Rzayevin hazırladığı yeganə avtomobil olmayacaq. O, hazırda daha bir avtomobi üzərində işləyir.

Həmçinin oxuyun

Qarabağ qazisinin bu videosu hər kəsi kövrəltdi (VİDEO)

Birinci Qarabağ müharibəsinin iştirakçısı Qəmbərov Rauf Rəfi oğlunun Qarabağın işğaldan azad olunması ilə bağlı hərbi …