Şənbə , Dekabr 5 2020
Ana səhifə / Cəmiyyət / Maqomayevin unudulmaz mahnısı Cəbrayılovun ifasında Moskvada səslənib

Maqomayevin unudulmaz mahnısı Cəbrayılovun ifasında Moskvada səslənib

“Sən supersən!” vokal müsabiqəsinin Azərbaycandan olan iştirakçısı Müslüm Maqomayevin “Koroleva krasotı” (Gözəllik kraliçası) mahnısını oxuyub.

İlk dəqiqələrdən böyük səhnədə münsiflər və tamaşaçıların rəğbətini qazanan Namiq Cəbrayılovun ifası dörd yaşıl düymə ilə müküfatlandırılıb və o, “Sən supersən” ifadəsini eşidib.

NTV teleşirkətinin və Sputnik Beynəlxalq İnformasiya Agentliyinin birgə layihəsi olan “Sən supersən!” valideyn himayəsindən məhrum olmuş istedadlı uşaqlara özünü təsdiq etmək şansı verir.

Müsabiqənin iştirakçıları Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Ukrayna və Estoniyadan olan vokalçılardır.

NTV

 

Həmçinin oxuyun

Qarabağ qazisinin bu videosu hər kəsi kövrəltdi (VİDEO)

Birinci Qarabağ müharibəsinin iştirakçısı Qəmbərov Rauf Rəfi oğlunun Qarabağın işğaldan azad olunması ilə bağlı hərbi …