Ana səhifə / Cəmiyyət / “Mall”lara, hotellərə, qapalı məkanlara snayperlər yerləşdirilməli, maska taxmayanlar vurulmalıdır…

“Mall”lara, hotellərə, qapalı məkanlara snayperlər yerləşdirilməli, maska taxmayanlar vurulmalıdır…

Başağrısı və təkrarçılıq olsa da, yenə deyəcəm. Bu gün “Dəniz mall”a getdim, gördüyüm insanların 99%-i çənələrinə rəngləri məhz maskalarla qatırdılar.

O bir faiz də vahimədən hələ də qurtula bilməyənlərdir, kimi pandemiya vahiməsindən, kimi cərimə vahiməsindən…

Bu, nə deməkdri? Bu, o deməkdir ki, Operativ Qərargahın tətbiq etdiyi qaydaya artıq az adam əməl edir.

Bəs bu halda Operativ Qərargah nə etməlidir? İki yolu var: Ya qaydanı ləğv etməli, ya da bütün “Mall”lara, hotellərə, digər qapalı məkanlara snayperləri yerləşdirib, maska taxmayanları şarappıltıyla vurmalıdır. Part! Vəssalam.

Çünki əgər hər hansı bir qərara əməl edilmirsə, bu, qərarı çıxaran qurumun diskreditasiyası deməkdir, nüfuzuna zərbə deməkdir.

Sosial şəbəkələrdə, mediada maska və test rejiminə qarşı çıxışlar çoxalır, amm çi fayda.

Hələ də xaricdə test verməmiş evə dönə bilmirik, buraların səhiyyəsini düzəltmişdik, indi oraların səhiyyəsini maliyələşdiririk, kişi deyilik bəyəm.

Bəs Operativ Qərargah nəyə görə bizi eşitmir? Üç variant ola bilər:

1. Operativ Qərargahın dünyadan xəbəri yoxdur;

2. Qərargahın operativ sözünün mənasından xəbəri yoxdur;

3. “Prosto” “axot” yoxdur…

Azər Qərib

Həmçinin oxuyun

9 min manata Həcc ziyarəti? – “QMİ məsələyə aydınlıq gətirməlidir“

Bu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb. Həcc ziyarətinin qiyməti bir nəfərə …