Çərşənbə axşamı , Noyabr 29 2022
Ana səhifə / Cəmiyyət / “Makron Əliyevlə Ərdoğanı görəndə ana kuklasına dönür”

“Makron Əliyevlə Ərdoğanı görəndə ana kuklasına dönür”

“Fransa xalqına Emmanuel Makron kimi prezidenti şamil etməyə utanıram. Amma bu faktdır. Çünki o rüşvətlə seçilən, rüşvətlər bahasına vəzifədə oturan, “savad” lı bir məxluqdur. Mən ona insan deyə bilmərəm. Çünki onda insani keyfiyyətlər çox azdır”.

Bunu Moderator.az-a açıqlamasında xalq artisti, “Şöhrət” ordenli sənətkar Afaq Bəşirqızı deyib. O daha sonra əlavə edib.

“Makron və erməni diasporası Azərbaycanın prezidenti İlham Əliyevin siyasətindən o qədər qorxub, o qədər özlərini itiriblər ki, artıq açıq-aşkar təhqirə, vəhşiliyə yol verir, səfirliyə hücum çəkməyə başlayıblar. Prezident sözü Makrona yaraşmır, nəinki vəzifəsi. Bu zəmanədə Makron kimilərin prezidentliyini çox təəssüflər olsun ki, dünya qəbul edir. Belə olan halda da Makronlar çaşırlar. Çünki onların yerləri səhv düşüb, onlar rüşvət prezidentidirlər. Onun-bunun torpağından, varından, dövlətindən istifadə edən erməni diasporası, alçaqlar qudurublar. Makron da onların hürən itidir. Çünki onlar Makrondan danışmağı tələb edirlər. Makron leksikoma daxil olmayan, hər bir prezident üçün ayıb sayılan sözlərlə fikirlərini ifadə edir. Makron kimilərin “Qarabağ Ermənistanın ürəyidir” deməsi nitq yox, sayığlamaqdan başqa bir şey deyildir. Makron İlham Əliyevlə Ərdoğanı görəndə  ana kuklasına dönür. Çalışır ki, qabağa getməsin, birdən onların ayağını tapdalayar, sonra bilirsiniz də nələr olar?! Elə ki, ayrıldı, görüş qurtardı, sonra öz mövqeyinin xaricində danışmağa başlayır. Axmaq-axmaq, özünə, ailəsinin ünvanına aid sözlər işlədir” deyə sənətkar bildirib.

Sənətkar bildirib ki, xalq hər zaman prezidentinə dəstəkdir.

“Mən istəmirəm ki, xalqım durub burada Makronun sözünü müzakirə etsin. Xalqımın o qədər vacib işləri var ki! Əlbəttə ki, biz hamımız yeri gələndə, Makron kimilərin başqalarını əzməliyik. Çünki onun başını əzməyə bizdə güclü yumruqlar var. Sadəcə istəmirəm ki, əsəbləşək. Çünki Makron iki gündən bir çıxış edir. Gah deyir ki, “Qarabağ Azərbaycanın ürəyidir”, “Azərbaycan separatçı ölkədir”, gah deyir ki, “33 ildən sonra gəlib işğal etdiniz”. 33 il sonranı sən danışırsan ay savadsız, bəs 33 ildən əvvəli niyə danışmırsan?! Kim gəlib torpaqlarımızı işğal etdi?!  Xalqıma birlik, mübarizlik arzulayıram. Biz bir olmalıyıq. Cənab prezident Azərbaycana qarşı çıxan insanları, sərhəddən o separatçıları, alçaqları iti qovan kimi qovduğu kimi, siyasətdə də iti qovan kimi qovdu! Çünki Azərbaycanın Qarabağla əlaqədar mövqeyində heç kimin əks rol tutmasına imkan vermək olmaz. Ona görə də mənim prezidentim MDB ölkələrinin Astanadakı görüşündə çıxışının birinci cümləsində bunu qeyd edib. Bütün xalq prezidentin bu sözünü dəstəkləyir və ona çox inanır. Prezidentimizə can sağlığı arzulayıram. Mən bilirəm ki, o yumruğun kimliyindən və nə qədərliyindən asılı olmayaraq gücü çox böyükdür. O yumruğu yumruqlaşdıran xalqım və xalqımın nümayəndələri çox qüvvətlidirlər. Ona görə də hər dəfə Azərbaycan və Qarabağ adı gələndə, Makron sən ayağa qalx! Bu sənin istər həyatında, istərsə də siyasətində çox böyük rol oynaya bilər! Ay bədbəxt, sən çaşmısan!” deyə sənətkar bildirib.

Həmçinin oxuyun

Zakir Qaralovun əmisi qızı özü haqqında yayılan xəbəri TƏSDİQLƏDİ

Abşeron rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib. Xəstəxananın direktoru Mehriban Qaralova öz ərizəsi ilə …