Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / “MAKROMAT” YAZDIQLARIMIZI TƏSDİQLƏYİR, AMMA…

“MAKROMAT” YAZDIQLARIMIZI TƏSDİQLƏYİR, AMMA…

Azinforum.az-ın “Makromart” adlı marketlər şəbəkəsinin Ziya Bünyadov prospektində (Ayna Sultanova heykəlinə yaxın-red) olan filialındakı rəhbərliyin tutduğu vəzifədən kənarlaşdırılması ilə bağlı verdiyimiz informasiya təsdiqini tapıb. Həmin məlumatda qeyd olunurdu ki, uzun müddət filiala rəhbərlik edən Firdovsi adlı şəxs və onunla birgə çalışan bir neçə yaxın adamı gözlənilmədən marketə buraxılmayıb. Marketin idarəçiliyi rəhbərlik tərəfindən göndərilən Sara adlı cavan bir xanıma həvalə olunub.

Bu xəbər “Makromart” adından redaksiyamıza ünvanlanan müraciətdə də təsdiqini tapmış olur. Azinforum.az həmin müraciəti təqdim edir: “Yazdığınız bu məqaləyə aydınlıq gətirmək istəyirik. Öncədən bildirmək istiyərdik ki, nəzərdə tutduğunuz filialımızın keçmiş müdiri Firdovsi bəy ilə müavini yeni vəzifəyə təyinat verilib və hal hazırdaki vəzifələri təcrübələrinə uyğun olaraq keçmiş işlərindən nisbətən yüksəkdir.
Yəni sizin yazdığınız məqalə tamamı ilə əsassızdır və həqiqətə uyğun deyil. Və nəzərinizə çatırmaq istərdik ki, biz öz əməkdaşlarımızı gənc, kişi və yaxud qadın olaraq seçmirik. Biz çalışırıq ki, kollektivimzdə təcrübəli və məhsuliyyətli kardlar yetişdirək.
Əlavə məlumat almaq üçün rəsmi saytımızda və eləcədə facebook səhifəmizdə ətraflı məlumat mövcuddur”.

Göründüyü kimi, “Makromart” bizim qeyd etdiyimiz kadr islahatını təsdiqləyir. Ancaq nədənsə, “Firdovsi müəllim hansı vəzifəyə təyin olunub” sualına onların cavabı belə oldu: “Bunu deyə bilmərik”. Təbii ki, biz hansısa şirkətin daxili işi və kadr siyasətinə qarışmırıq, amma bizdə olan məlumata görə Fidovsi müəllimin filial müdirliyindən azad olması vəzifə yüksəlişi deyil, maliyyə məsələsinə aid olan başqa detalla əlaqəlidir.

Filiala təyin olunan yeni rəhbərliyin qiymət siyasətində yol verdikləri yalnışlıqlara isə onların münasibəti belə oldu ki, bununla bağlı çekləri təqdim etmək lazımdır. Şirkət rəhbərliyinin diqqətinə çatdırırıq ki, biz hansısa dövlət qurumu deyilik ki, onları təftiş edək. Bizim işimiz xəbər verməkdi, onu da etmişik. Xatırladırıq ki, Azinforum.az olaraq, əlimizdə fakt olmadan nəyisə yazmırıq. Bəli, bizim yazdığımız yazıdan sonra, sözügedən fililada satılan mallarla kassadakı qiymətlər arasında olan dizbalans düzəldildi. Bu bizə kifayət edir. İctimai nəzarətin təmsilçisi kimi bizim yazdıqlarımızdan xalqa, dövlətə zərrə qədər də, xeyir gəlirsə, bu bizim üçün yetərlidir.

Çinarə SEYİDOVA

AZİNFORUM.AZ

 

 

 

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın