Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / “MAKRO MARKET” İN BONUS FIRILDAĞI – ZİYA BÜNYATOV PROSPEKTİNDƏKİ MAĞAZA  MÜŞTƏRİLƏRƏ HƏDİYYƏ VERMİR

“MAKRO MARKET” İN BONUS FIRILDAĞI – ZİYA BÜNYATOV PROSPEKTİNDƏKİ MAĞAZA  MÜŞTƏRİLƏRƏ HƏDİYYƏ VERMİR

“Makro Market”in tətbiq etdiyi innovativ metodlar – müştəri elektron kartları (bonus, endirim kartları) müştərinin başında çatlayır.
Azinforum.az xəbər verir ki, “Makro Market”də isə bonus kartlarının faiz şərtləri bankların kredit kartlarının şərtlərindən daha ağırdır. Məsələn, adıçəkilən marketlər şəbəkəsi tərəfindən müştəriyə təqdim olunan kartın şərtinə marketdən edilən hər alış-veriş məbləğinin 1 faiz bonusu daxildir.
Beləcə, kartda məbləğ yığılır. İstehlakçı sonda həmin məbləğlə elektron kart kimi alış-veriş edir. İlk baxışdan əlverişli görünsə də, hər alış-veriş məbləğinin cəmi 1 faizinin bonus kimi hesablanması aşağı rəqəmdir.
Vətəndaş müştəri kimi adına rəsmiləşdirilən kartda 1 bonus yaranması üçün 10 manatlıq alış-veriş etməlidir. “Makro Market” supermarketlər şəbəkəsində tətbiq olunan digər kartla isə hər 10 manatlıq alış-verişin nəticəsi olaraq karta 1 xal yüklənir. Toplanan xalların məbləğinə uyğun sonda müştəriyə hədiyyə verilir. Hədiyyə paketinə isə ütü, fen, telefon, blender, tava, mobil telefon və sair əşyalar daxildir. Maraqlısı da odur ki, hədiyyə kimi paketlənən bu məhsullar adi dükanlarda daha ucuzdur. Məsələn, qiyməti 10-120 manat arasında dəyişən elektrik çaydanını hədiyyə kimi almaq üçün 115 bal tələb olunur. Yəni vətəndaş nə az, nə çox 1150 manatlıq alver etməlidir ki, sonda həmin hədiyyəyə sahib olsun. Bu isə bir daha onu təsdiqləyir ki, “Makro Market” “bonus oyunu” ilə müştərilərdən əlavə gəlir əldə edir. Yəni bunun istehlakçıya zərrə qədər də olsun faydası yoxdur.

 

Azinforum.az xəbər verir ki, “Makro Market”in Ayna Sultanova heykəlinə yaxın olan Ziya Bünyatov prospektindəki  mağazasında isə vəziyyət daha açınacaqlıdır.  Müştərilərin saytımıza verdiyi məlumata görə, hər devalvasiyadan sonra, bonuslarla bağlı marketdə olan məlumat kağızları yoxa çıxır. Hazırda kartlarında kifayət qədər bonusu olan müştərilərə belə vəd olunan hədiyyələrdən heç birini mağazadan ala bilmir:

“Keçən dəfə  də belə oldu. Yeni kağızlar çap olundu və məlum oldu ki, biz əvvəldən şirnikləşdirilən vədlərə görə deyil, yeni qaydalara görə hədiyyə ala bilərik. Hal-hazırda dediyimiz dükanda bonuslar üçün nəzərdə tutulan heç bir hədiyyəni tapa bilmirik. Hər dəfə də etirazımızı bildirəndə, “dayı” ləqəbli bir müdiri çağırırlar. O da gəlib bir nağın danışıb gedir. Ümid edirik ki, marketlər şəbəkəsinin rəhbərliyi bu neqativliyi tezliklə aradan qaldıracaq”.

Azinforum.az olaraq bildiririk ki,  biz devalvasiyadan sonra apardığımız araşdırmalar nəticəsində müəyyən etmişik ki, sözügedən marketlər şəbəkəsi digər rəqibləri ilə müqayisədə olduqca insaflı qiymət siyasəti həyata keçirib. Ancaq belə kiçik neqativ hallara yol verən şöbələr ümumilikdə bütün brendin adına xələ gətirmiş olur. “Makro Market”in də münasibətini dərc etməyə hazırıq.

Çinarə SEYİDOVA

Azinforum.az

Həmçinin oxuyun

Bu il Kann Film Festivalına ölkəmiz də qoşulur

77-ci Kann Film Festivalının qısa filmlər üzrə əsas müsabiqəsində Azərbaycan da yarışacaq. AzVision.az xəbər verir ki, …

Bir cavab yazın