Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Cəmiyyət / Mahir Abbaszadə üçün görüşləri kim təşkil edir?

Mahir Abbaszadə üçün görüşləri kim təşkil edir?

“121 saylı Laçın seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Mahir Abbaszadə qanunları pozur. Belə ki, onun seçicilərlə görüşlərini yerli icra hakimiyyəti təşkil edir”. Bu sözləri DİA.AZ-a bildirən Laçın sakini iddia edir ki, hətta Mahir Abbaszadənin görüşünə qatılmayanlar yerli RİH tərəfindən müxtəlif formada təzyiqlərə məruz qalır.

Laçın sakininin iddia etdikləri: “Təbii ki, hamıya eyni cür təzyiq edə bilmirlər. Amma gücləri çatanı onun görüşünə aparırlar. Bu gün bütün icra hakimiyyəti Mahir Abbaszadə üçün işləyir”.

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq…

Həmçinin oxuyun

Bu gün Türkiyədə Polad Həşimov parkı açılacaq

Bu gün Türkiyənin Bursa vilayətində Polad Həşimov parkının açılışı olacaq. Şəhid generalın xatirəsi Türkiyədə əbədiləşdirilib. …