Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Cəmiyyət / Mahirə Əmirhüseynova: “Səlis bir brenddir”

Mahirə Əmirhüseynova: “Səlis bir brenddir”

Şuranın yeni brendi olan SƏLİS yaxşı mənada QHT-ləri heyrətləndirməyi bacardı. Doğrudan da SƏLİS işlərimizi səlis şəkilə salır. İllərdi QHT sektorunda böyük bir yol gəlirik. O yolun enişi də yoxuşu da hər kəsin gözünün qarşında olub. Şura yaranandan sonra milli QHT-lərin inkişafı üçün yeni üfüqlər açıldı. Daha sonra isə davamlı dəstək görməyə başladıq. Şura fəaliyyətimizi hər zaman dəstəklədi. Bu dəstəyin sərhədləri maliyyə ilə bitmir. Hər bir təşəbüsümüz incələnib, onların cəmiyyət üçün aktual olanlarının reallaşdırılması üçün köməklik göstərilib. Fəaliyyət imkanlarımızın artması, dövlət qurumlarıyla tərəfdaşlıq münasibətlərimizin inkişafı üçün Şura təsəvvür edilməyəcək qədər çox iş görüb. VətəndaşCəmiyyətində bir sözümüz bir imzamımız varsa bu Şuranın dəstəyi sayəsindədir. İndi isə gəlmişik dövrun ən gözəl çağına. İndi SƏLİS-lə 10 saniyəyə bağlıdığımız müqavilə məni illər əvvələ qaytardı. Canlı növbələr, kağız daşıyıcılar, sənəd dövriyyəsi və sair.
Mən bu elektron tətbiqlərin, şəffaflığın ən yüksək həddə çatdırılmasının memarı Azay müəllimə və Şura əməkdaşlarına təşəkkürümü bildirirəm.
Səlis bir brenddir. Sadə və gözəl işdir.

Mahirə Əmirhüseynova,

” XXI ƏSRİN QADINLARI ” İctimai Birliyinin sədri

Həmçinin oxuyun

Son damla qanına qədər Kəlbəcərdə qalmalı olan keşiş dabanına tüpürüb İrəvana qaçdı

Erməni xalqı cəbhədə və masa arxasındakı rüsvayçı məğlubiyyətdən bütün müstəvilərdə öz nəsibini alır. Xalq olaraq …