Cümə axşamı , Sentyabr 16 2021
Ana səhifə / Cəmiyyət / Magistraturaya qəbul imtahanının II cəhdi keçiriləcək

Magistraturaya qəbul imtahanının II cəhdi keçiriləcək

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının II cəhdi mayın 26-da keçiriləcək.

Bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib. “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=8 linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli, “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır.

Həmçinin oxuyun

Atlant” İstirahət Mərkəzindən ŞİKAYƏT: – “Siqaret kötüyü, ağac yarpaqları, topa saç, salfet, tum qabığı…”

“Atlant” İstirahət Mərkəzinindən şikayət var.Sonxeber.az-ın məlumatına görə, şikayətçi həftə sonunu keçirmək üçün “Atlant” İstirahət Mərkəzinə …