Cümə , Sentyabr 25 2020
Ana səhifə / Cəmiyyət / Magistratura səviyyəsi üzrə ixtisasların sayı artırıldı

Magistratura səviyyəsi üzrə ixtisasların sayı artırıldı

Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların sayı artırılıb.

Bununla bağlı Nazirlər Kabineti “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların sayı (ixtisaslaşmaların) Təsnifatı”nda dəyişiklik edib.

Qərara əsasən, “Təhsil ixtisasları qrupu” bölməsinin “060119 Pedaqogika” ixtisasına “Təlim və tədrisin təşkili və metodikası”, “Humanitar və sosial ixtisaslar qrupu” bölməsinə “Beynəlxalq iqtisadi hüquq”, “Mədəniyyət və incəsənət ixtisasları qrupu” bölməsinə “Xoreoqrafiya sənəti (sahələr üzrə)”, “Təbiət ixtisasları qrupu” bölməsinə “Verilənlərin təhlili (Data analitikası)” və “Mobil tətbiqlərin hazırlanması və oyun dizaynı”, “Texniki və texnoloji ixtisaslar qrupu” bölməsinə “Nəqliyyat xidmətləri üçün böhran və risklərin idarə edilməsi” ixtisasları əlavə edilib.

Həmçinin oxuyun

Vurğun Əyyubsuz bir il…

Bu gün – sentyabrın 24-ü Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (indiki Dövlət İmtahan Mərkəzi) ilk …