Ana səhifə / Cəmiyyət / Məşhur türk iş adamı İlham Əliyevə Eldar Həsənov üçün müraciət etdi

Məşhur türk iş adamı İlham Əliyevə Eldar Həsənov üçün müraciət etdi

Türkiyəli məşhur iş adamı, doktor Zeynal Abidin Ərdəm Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri, hazırda həbsdə olan Eldar Həsənovla bağlı Prezident İlham Əliyevə məktub ünvanlayıb.

E.Həsənovun böyük bir haqsızlığa məruz qaldığını və hazırda səhhətinin yaxşı olmadığını vurğulayan Z.A.Ərdəm Prezident İlham Əliyevə məktubunda sabiq səfirin azadlığa buraxılmasını xahiş edib:

“Hörmətli Prezident, mən sizi həmişə ədalətli və böyük bir lider kimi tanımışam. Eldar çox xəstədir. Onun əməliyyata ehtiyacı var. Qardaşı olaraq onun səhhətindən çox narahatam. Hər zaman sizə sadiq qalan Eldarın qayğısına qalmağınızı və sərbəst buraxılmasını xahiş edirəm”.

Həmçinin, iş adamı İ.Əliyevdən E.Həsənovun Türkiyədə əməliyyat olunmasına və son illərdə Türkiyədə olan ailəsinin yanında yaşamasına şərait yaradılmasını xahiş edib.

Həmçinin oxuyun

Emin Şirinova yüksək vəzifə verildi — ƏMR

Polis mayoru Emin Şirinov Goranboy Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavinə vəzifəsinə təyin olunub. …