Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Cəmiyyət / Məşhur revmotoloq Azərbaycanda ilklərə imza atdı – Fotolar

Məşhur revmotoloq Azərbaycanda ilklərə imza atdı – Fotolar

Türkiyə və Avropa Revmotoloqlar Dərnəyinin üzvü olan Dr. Nərgiz Hüseynova bu sahədə olan bütün tibbi yenilikləri ölkəmizə gətirməyə davam edir.

N. Hüseynova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, daha öncə Revmatizmal xəstəliklərdən əziyyət çəkənlərin sayı yetərincə çox idi:

“Hətta bu xəstəliklərdən əziyyət çəkənlər qonşu ölkələrə üz tutub öz şəfalarını orda axtarırdılar. Bəziləri isə bu xəstəliklərin ağırlaşması səbəbi ilə əlil arabasına məruz qalırdı.

Ölkəmizin biz gənclərə yaratdığı şərait nəticəsində xaricdə təhsil aldım və bu ölkələrin Revmotologiya sahəsində olan  ən son yeniliklərini öyrəndim. İki ildən çoxdur ki, öz xalqıma xidmət etməkdən qürur duyuram.

Revmatizmal xəstəliklər deyərkən ağlımıza bir tək oynaqlar, sümük, əzələ sistemi deyil, eyni zamanda daxili orqanlarda yarana biləcək fəsadlar da gəlməlidir. Məsələn: beyin, ağ ciyərlər, damarlar, gözlər, böyrəklər, ürək, dəri və s. Mən xalqımıza bu mövzuda diqqətli olmağı və yersiz dərman preparatlarının istifadəsindən uzaq durmağı məsləhət görərdim. Sovet dövründən istifadə olunan antibiotiklər müasir Revmotologiyada demək olar ki istifadə olunmur. Bizim mərkəzdə ən ağır sistem xəstəliklərdən əziyyət çəkənlər belə şəfasını tapa bildilər. Bundan sonra da ən son yeniliklərlə ölkəmizə xidmət etməyə və özümüzü inkişaf etdirməyə davam edəcəyik”.

Son olaraq onu da qeyd edək ki, Nərgiz xanım bir çox xeyriyyə aksiyalarında dəfələrlə iştirak edib və maddi səbəbdən müalicə ala bilməyən bir çox xəstələri, özəlliklə uşaqları sağlamlığına qovuşdurub.

N. Hüseynovanın fəaliyyəti ilə bağlı onun şəxsi İnstaqram səhifəsindən tanış ola bilərsiniz.

 




Həmçinin oxuyun

Bu dərsliklərin yenidən yazılması gündəmdədir – Nazirlik

Torpaqlarımızın erməni işğalından azad edilməsi ilə əlaqədar Azərbaycan tarixi və Qarabağ tarixi dərsliklərinin yenidən yazılması …