Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Məşhur futbolçu “Şərur” MTK-nın kələyinin üstünü açdı

Məşhur futbolçu “Şərur” MTK-nın kələyinin üstünü açdı

 

Azərbaycanın məşhur futbolçusu, hazırda “Sumqayıt” klubunun rəhbərliyində təmsil olunan Ceyhun Sultanovun mənzil firildaqçılığına məruz qalması haqda məlumat vermişdik.
Futbolçu bildirir ki, 2008-ci ildə mənzil almaq üçün “Şərurlu İsfəndiyar” kimi tanınan iş adam İsfəndiyar Axundova məxsus “Şərur MTK”-nın inşa etdiyi binalardan birində mənzil seçib. Yasamal rayonu, Talıblı küçəsi 4 ünvanda yerləşən həmin bina tikilib, hazır vəziyyətə gətirilsə də, C.Sultanov bugünədək mənzilini ala bilmir. Futbolçu deyir ki, mənzilə görə əvvəlcədən 48 min manat ödəyib. C.Sultanov indi nə mənzili, nə də ödədiyi vəsaiti də geri ala bilmir.
Aldadıldığını düşünən futbolçu məsələ ilə bağlı məhkəməyə də müraciət edib. İşə Yasamal rayon məhkəməsində baxılıb və C.Sultanov zərərçəkmiş şəxs kimi tanınaraq, onun mənzil almaq məqsədilə 48 manat ödədiyi təsdiq olunub. Lakin məhkəmə qərarı bu günə qədər icra edilməyib.
İsfəndiyar Axundovun sahibi olduğu “Şərur” MTK-dan isə bildirilmişdi ki, onlar Talıblı küçəsi 4 ünvanındakı binanın tikintisini “Olimpus” firmasına həvalə ediblər və C.Sultanov da vəsaiti məhz həmin firmaya ödəyib. Bu səbəbdən də “Şərurlu İsfəndiyar” futbolçunun iddiası ilə razılaşmır. Qeyd edək ki, “Olimpus” firmasının rəhbəri Rauf adlı şəxs bir müddət əvvəl həbs olunub və orada da dünyasını dəyişib.
Ceyhun Sultanov aprelin 26-da yenidən redaksiyamızla əlaqə saxlayaraq, bildirdi ki, “Şərur MTK”-nın məlum iddiasından sonra həmin əraziyə baş çəkib: “Dəqiqləşdirmək istədim ki, doğrudanmı həmin binanı “Şərur” MTK tikir, ya yox… Şahidi oldum ki, mənim mənzil üçün pul ödədiyim binanı hazırda “Şərur” MTK inşa edir, son tamamlama işləri aparılır. Sadəcə, mənə yalan danışırlar. Mən ölkə prezidenti cənab İlham Əliyevdən xahiş edirəm ki, mənim pulunu ödədiyim mənzilimin, yaxud ödədiyim pulun verilməsi üçün müvafiq şəxslərə göstəriş versin. “Şərur” MTK-nın sahibi qanunları ayaq altına atır. Mən pulu “Olimpus”a yox, məhz “Şərur” MTK-ya ödəmişəm. Bu gün də həmin binanın sahibkarı “Şərur” MTK-dır. Onu da öyrənmişəm ki, bu MTK-ya bağlı olan və vətəndaşlara son illər ərzində fırıldaq gələn törəmə qurumların vurduğu ziyanın ödənməsi məqsədi ilə dövlət tərəfindən “Şərur” MTK-ya müəyyən qədər vəsait də ödənilib. Amma yenə də zərərçəkmiş kimi bizim hüquqlarımız bərpa olunmur”.
C.Sultanov “Xəzər-Lənkəran”, “Kəpəz”, “Sumqayıt”, “Qəbələ” və s. klubların heyətində çıxış edib, Azərbaycan milli komandasının şərəfini qoruyub.

 

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın