Bazar ertəsi , İyun 5 2023
Ana səhifə / Cəmiyyət / “Məqsəd Əhmədovu “silkələmək” ola bilər”

“Məqsəd Əhmədovu “silkələmək” ola bilər”

Məlum olduğu kimi, Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovla tanınmış prodüser və iş adamı İosif Priqojin arasında baş tutan və bir neçə gün əvvəl mətbuata sızdırılan telefon danışığı böyük əks-sədaya səbəb olub.

Xatırladaq ki, həmin danışıqda Əhmədov Rusiya hakimiyyətini və şəxsən Putini sərt tənqid edərək, hətta onu “şeytan” adlandırıb, onun Ukraynada apardığı müharibəni və bütünlükdə yürütdüyü siyasəti pisləyib. Eyni münasibəti Priqojin də təkrarlayıb.

Tanınmış rusiyalı müxalif siyasi texnoloq, vaxtilə Kremldə çalışmış və xeyli müddət Vladimir Putinin çıxışlarının mətnlərini yazmış Abbas Qalyamov Ukrayna kanallarından birinə müsahibəsində Əhmədovla Priqojin arasındakı məlum söhbətə də toxunub.

O, deyib ki, bu telefon danışığının kim tərəfindən qeydə alınaraq sızdırılmasına dair müxtəlif versiyalar var.

Rusiyadakı hakimiyyətdaxili münasibətləri çox yaxşı bilən Qalyamovun fikrincə, bunun yalnız Qərb xüsusi xidmət orqanlarının əməliyyatı olduğunu düşünmək doğru olmazdı. Çünki bunu Rusiya xüsusi xidmət orqanları da edə bilərdilər.

Özü də hansısa siyasi deyil, şəxsi maddi maraqlar xatirinə: “Bu söhbət Putinin mövqelərinə vurulan ağır zərbədir. Bu zərbəni Ukraynanın və Qərbin timsalında onunla döyüşən qüvvələr endirə bilərdilər. Ancaq ikinci versiya da var…Bu, sırf pul üçün baş verən daxili “razborka” da ola bilər. Əhmədov yumşaq desək, varlı adamdır və Rusiya güc strukturları nümayəndələrinin nöqteyi-nəzərindən onu “silkələmək” və sonra “sağmaq” olar.

Onlar bu danışığı qeydə ala və sızdıra bilərdilər. Bununla da ölkə rəhbərliyindən ona qarşı cinayət işi açmaq üçün sanksiya ala bilərlər. Bu proses çərçivəsində isə bir əlləri ilə cinayət işi qaldırıb, digər əlləri ilə cinayət işinin necə aparılması, axtarış, yaxud həbs qərarının verilib-verilməməsi, yaxud işi illərlə uzatmaq, rəsmi ittiham irəli sürməmək ilə bağlı Əhmədovla danışıqlar apararaq qazanc əldə edə bilərlər. Yəni, bu, böyük siyasətlə bağlı olmaya və yalnız qazanc əldə etmək üçün atılan addım ola bilər. Anlamaq lazımdır ki, Rusiya güc strukturları “korporasiyası” ən korrupsiyalaşmış strukturdur.

Ona görə də hər bir güc strukturu rəhbərinin öz maddi marağı var və bu maraqlar birinci yerdə durur. Onlar dövlətin rəsmi siyasi maraqlarından belə üstündür”.

Qalyamovun fikrincə, indi əsas məsələ Kremlin bu telefon danışığına münasibətindən asılı olacaq. Kreml hazırda dilemma qarşısındadır. Çünki Kreml F.Əhmədovu və İ.Priqojini cəzalandırmasa, bu, zəiflik kimi qəbul oluna və Rusiya elitasının digər təmsilçilərini də ürəkləndirə bilər. Ancaq digər yandan, Qalyamovun dediyinə görə, sözügedən şəxslərin cəzalandırılması, məsələn, Əhmədovun biznesinin sıxışdırılması Kremlin narahatçılığını və elitanın fikrindən nə dərəcədə asılı olduğunu göstərər. Kəskin reaksiya məsələni bir qədər də şişirdə bilər, ona görə də buna ciddi əhəmiyyət vermədən üzərindən keçmək daha doğru olardı.

Qalyamov deyib ki, hələlik Kreml bu geniş rezonans doğuran hadisəyə hər hansı reaksiya verməsə də, yaxın zamanda Əhmədovla Priqojinin taleyinə aydınlıq gətirilə bilər.

AzPolitika.info

Həmçinin oxuyun

Vilayət Eyvazov deputatın oğlunu bu bölməyə rəis təyin etdi – FOTO

Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə yeni rəis təyin edilib. “Unikal”ın əldə etdiyi məlumata …