Çərşənbə , Sentyabr 27 2023
Ana səhifə / Cəmiyyət / Mənsum İbrahimov Arif Babayevin yerinə təyin olundu

Mənsum İbrahimov Arif Babayevin yerinə təyin olundu

Xalq artisti Arif Babayev Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri vəzifəsindən azad olunub.

Buna səbəb xanəndənin səhhətindəki problemlər olub.

O, konservatoriyadakı fəaliyyətini professor kimi davam etdirəcək.

Kafedra müdiri vəzifəsinə isə Xalq artisti Mənsum İbrahimov təyin olunub. O qeyd edib ki, sentyabrın 5-dən vəzifəsini icra etməyə başlayıb: “Ötən gün Arif Babayevin evinə getdim, xeyir-duasını aldım”.

Qeyd edək ki, fevralda A.Babayevin 85 yaşı tamam olub.

Həmçinin oxuyun

Vardanyanı saxlayan hərbçi Elçin Quliyevin oğludur – FOTO

Separatçıların keçmiş “dövlət naziri”, erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyan Qarabağdan Ermənistana getmək istəyərkən …