Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Cəmiyyət / Mənsimovun daha bir tankerinə həbs qoyuldu

Mənsimovun daha bir tankerinə həbs qoyuldu

“Palmali Dənizçilik Şirkəti”nə məxsus “Ağsu” yük tankeri Danimarkanın Kalundborg limanında həbs olunub.

Azinforum.az Virtualaz.org-a istinadən xəbər verir ki, buna səbəb “PAL SHIPPING TRADER THREE” şirkətinin mülkiyyətində olan gəmidə çatışmazlıqların meydana çıxmasıdır.

Məlumatda bildirilib ki, gəmi İsveçin Göteborg limanından hərəkət edərək, yanvarın 11-də Danimarkanın Kalundborg limanına yan alıb və danimarkalı müffətişlər tərəfindən Paris Memorandumu (Paris MoU) çərçivəsində yoxlamalara başlanıb. Tankerin nəzarət altına verildiyi qeyd olunub. Nəticədə, “Ağsu” gəmisinin səfərə çıxmasına qadağa qoyulduğu və həbs qoyulması barəsində sənəd tərtib edildiyi vurğulanıb.

Xəbərdə həmçinin texniki çatışmazlıqları aradan qaldırmadığına görə artıq 8 gündür gəminin səfərə çıxmasına icazə verilmədiyi bildirilib.

Həmçinin oxuyun

Məktəblər ikinci yarımilin əvvəlində açılacaqmı? – AÇIQLAMA

Bu gün təhsil prosesində təmsil olunan hər kəsi məktəblərdə və universitetlərdə ənənəvi təhsil formasının sərt …