Çərşənbə axşamı , İyul 16 2019
Ana səhifə / Cəmiyyət / MƏNSİMOV AZƏRBAYCAN MƏMURLARINI HƏDƏLƏDİ – VİDEO

MƏNSİMOV AZƏRBAYCAN MƏMURLARINI HƏDƏLƏDİ – VİDEO

“İndi bütün dünyada iqtisadi böhran müşahidə olunur. Amma “Palmali”də heç bir iflas yoxdur və ola da bilməz. Biz sadəcə olaraq restrukturizasiya aparırıq ki, əsas fəaliyyət sahələrimizə daha çox vəsait qoyaq” .

Bunu “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov ANS telekanalına müsahibəsində deyib.

Oliqarx onun bankrot olması haqda yazılanları Azərbaycanın müəyyən məmurlarının sifarişi ilə həyata keçirilən qara piar adlandırıb.

“Təəssüf ki, ermənilərlə yanaşı, azərbaycanlılar özləri də bir-birilərinə böyük zərbə vururlar. Biz bir-birimizin paxıllığını çəkmək mərəzindən xilas olmalıyıq. Biznesmenlərə dəstək vermək lazımdır. Təəssüf ki, bəzi adamların beyni, düşüncəsi yalnız qara piar sifariş etməyə yetir. Onlar azad rəqabətə mane olmağa çalışırlar. Tutaq ki, Mübariz, İsgəndər, Telman, Ağalarov və başqaları bankrot oldu, Azərbaycan və həmin qara piarın sifarişçiləri bundan nə qazanacaq?”, – deyə milyarder sual edib.

Mübariz Mənsimov onun Türkiyədə yaşayıb-işləməsi və Azərbaycan üçün guya heç nə etməməsi haqda iddia ilə raszılaşmadığını da bildirib. O, həmçinin Azərbaycanda biznes qurmağa mane olan inhisarçılığın mövcud olmasından da danışıb: “Mən xaricdə yaşayıb işləyirəm. Amma bizAzərbaycan üçün çox işlər görmüşük. Onlar sadalamaq yaxşı düşməz.

Bəli, mən Türkiyədə yaşayıb işləyirəm. Azərbaycanda qalsam, neyləyəcəkdim? Orada hərə özünə bir inhisar qurub və oturub üstündə. Qoy onlar orada yaşayıb işləsinlər, biz də burada. Azərbaycanda yeni, gənc, qabiliyyətli biznes adamları yetişəcək və onlar buna mane ola bilməyəcəklər”.

Oliqarx onun gəmilərinin guya İŞİD-in nəzarətində olan ərazilərə neft daşıdığı barədə yayılan informasiyaları da təkzib edib və bildirib ki, heç vaxt nə İŞİD, nə də kürd yaraqlıları ilə heç bir əlaqəsi olmayıb.

M.Mənsimov sensasion sayıla biləcək bəyanat da verib. “Sizə qarşı qara piarın sifarişçisi kimdir, sizcə?” sualına Mübariz Mənsimov belə cavab verdi: “Bu gün mənə və şirkətimə qarşı yönələn ittihamlar sadəcə olaraq bir neçə Azərbaycan məmurunun qara piarıdır. Mən çox gözəl bilirəm bunlar kimlərdir… Təəssüf ki, onlar çirkin oyunlar oynayır. Amma unutmasınlar ki, bu gün onlar əsassız sözlərlə məni ittiham edirlərsə, sabah mən əlimdə olan beynalxalq media resursları ilə onların çirkin işləri haqqında real sənəd və dəlilləri ortaya çıxara bilərəm. Sözsüz ki, mən belə çirkin oyunlar oynamıram, amma hər şeyin də bir həddi var. Mənim 4 uşağım var və bu gün qızım məndən qara piarda yazılanlar haqqında soruşanda mən məyus oluram, bilmirəm nə cavab verim. Belə vicdansızlıq olmaz!”

Müsahibəni bütövlükdə aşağıdakı videodan izləyə bilərsiniz.

Həmçinin oxuyun

Aqşin Yenisey Elşad Mirini RİYAKARLIQDA İTTİHAM ETDİ — “Öz övladınızı ABŞ-a oxumağa göndərib…” – FOTO

Tanınmış şair Aqşin Yenisey sosial şəbəkədə yazdığı statusda ilhaiyyatçı Elşad Mirini gəncləri yanlış yönəltməkdə ittiham …

Bir cavab yazın