Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Cəmiyyət / “Mənim filan işdə bəxtim gətirmədi” –söyləmək doğru deyil…

“Mənim filan işdə bəxtim gətirmədi” –söyləmək doğru deyil…

Hər kəs bu dünyaya gələn zaman tale dəftəri ağ və eybsiz olur. Hər bir insan öz əməli ilə onu qaraldır.

Ustad Mütəhhəri Əmirəl-möminin (ə) bu kəlamına işarə edərək buyurur: “Əgər bizim cavanların zehni haqq mövzuları ilə dolmazsa, haqsız mövzularla dolar”. Ona görə də biz gərək çalışaq ki, onların zehni lazımsız mövzularla dolmamışdan əvvəl, biz onu haqq mövzularla dolduraq. (Tebyan)

İnsanların bəzisi belə düşünür ki, həyatda bəzilərinin müvəffəqiyyət qazanmasının səbəbi bəxtləri və ya təsadüflərdir. Belə güman edirlər ki, bəziləri xüsusi bəxt və şansla bu dünyaya gəlirlər. Əgər belə olarsa, heç bir şey onu bədbəxt edə bilməz. Əgər dünyaya bədbəxt gələrsə, o zaman heç bir şey onu xoşbəxt etməyə qadir olmaz. Nə elmi, nə imanı, nə əxlaqı. Əgər Siratül-müstəqim yoluna qədəm basarsa, bu bədbəxt şansı qoymaz ki, bir nəticəyə gəlib çatsın.

Məsəl var, deyərlər ki, əgər bədbəxt məscid tikərsə ya tavanı düşər, ya da qibləsi əyri olar. Bu insanların düşüncəsinə görə heç kəs qadir deyildir ki, bu insanların taleyini dəyişdirsin. Bu, bir təfəkkür tərzidir. Çox təəssüf ki. insanların bir çoxu ona tutulmuşdur. Halbuki, əgər insanlar bir qədər nikbin olsaydılar, aləmdə olanları yaxşı dərk edərdilər. Əgər bir qədər elmi mövzularda düşünsəydilər, bilərdilər ki, şans və bəxt kimi mövzular vahimə qüvvəsinin və lənətlik şeytanın işləridir. Nə din onu rəsmi şəkildə tanıyır və nə də ağıl.

Hər kəs bu dünyada taleyini əməlləri ilə yazar. İmanı, təqvası, mərifət və elmi ilə. Cəhalət, xurafat, təssübkeşlik taleyi qaraldar.

İnsanda hər cür istedad vardır. Dünyada hər bir qapı üzünə açıq qoyulmuşdur. O, azad və ixtiyar sahibidir. Bu özüdür ki, gərək düz yolu seçə bilsin.

/Deyerler.org/

Həmçinin oxuyun

Fəxrəddin Manafov: “Ordumuzla fəxr edirəm”

“Düşünmürdüm ki, müharibə məni bu qədər sevindirəcək. Sevindirici haldır, çünki qədim, tarixi torpaqlarımızı geri qaytarırıq. …