Ana səhifə / Cəmiyyət / “Məni xalq dolandırmayıb” – Xalq artisti

“Məni xalq dolandırmayıb” – Xalq artisti

“Sənət adamı deməməlidir ki, bizi xalq dolandırır. Sən gedirsən zəhmət çəkirsən, onun qabağında əməkhaqqı verirlər”.

Bu sözləri Xalq artisti Valeh Kərimov “Onun sirri” proqramında deyib. Aktyor sənət adamlarına səslənib. O bildirib ki, sənət adamları “məni xalq dolandırır” sözünü deməməlidir:

“Bənna gəlir ev tikir, daş qaldırır, palçıqda əlləşir, pul alır. Niyə deməlidir ki, xalq dolandırır? Səni aparmasın, görək toyu kim idarə edəcək? Bu sözü qəbul etmirəm. Bu yaşıma qədər xalq mənə 1 kiloqram pendir, kənddən 1 toyuq gətirməyib. Gedib toy idarə edirəm, oxuyuram, zəhməthaqqımı alıram. Məni xalq dolandırmayıb”.

Həmçinin oxuyun

9 min manata Həcc ziyarəti? – “QMİ məsələyə aydınlıq gətirməlidir“

Bu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb. Həcc ziyarətinin qiyməti bir nəfərə …