Ana səhifə / Cəmiyyət / “Mən ssenari yazmışam” – Aqil Abbas Mirşahinə cavab verdi

“Mən ssenari yazmışam” – Aqil Abbas Mirşahinə cavab verdi

“Qələbəmizlə bağlı yazılar yazılır, amma Mirşahinin də dediyi kimi, ciddi yazılar deyil”.

Bunu Bakupost.az -a Azərbaycan Yazıçılar Birliyinin üzvü, millət vəkili Aqil Abbas Real TV-nin rəhbəri Mirşahin Ağayevin qələm əhlini tənqid etməsinə münasibət bildirərkən deyib.
A.Abbas jurnalistin sözlərində həqiqət payı olduğuna diqqət çəkib:

“Vətən müharibəsi ilə bağlı elə bir ciddi roman, əsər yazılmayıb. Düzdür, məqalələr, publisistik yazılar var, amma onun dediyi ədəbiyyat nümunələri hələ ortada yoxdur. Ssenari yazılmayıb, film çəkilməyib. Hətta ssenari yazılıbsa da, film çəkilməyib.

Dediklərində həqiqət var. Amma düşünürəm ki, yazılacaq. Hələ qələbənin eyforiyasındayıq. Yəqin ki, yazılacaq.

Qələbəmizlə bağlı ssenari yazmışam, təqdim edəcəyəm”.

Həmçinin oxuyun

Xoşqədəm Hidayətqızı məhkəməyə verildi: Həbsi tələb olunur

ARB telekanalında yayımlanan “Səni axtarıram” proqramının aparıcısı Xoşqədəm Hidayətqızı və verliş iştirakçılarından biri – Bərdə …