Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / “Mən fərari deyiləm” – İşdən çıxarılan general

“Mən fərari deyiləm” – İşdən çıxarılan general

Ötən gün Prezidentin sərəncamı ilə vəzifədən azad edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin keçmiş müavini, general-mayor Novruzəli Orucov Qarabağ döyüşlərində fərarilik etməsi barədə yayılan məlumatlara münasibət bildirib.

N.Orucov “Ölkə.Az”-a açıqlamasında sözügedən ittihamların cəfəngiyyat olduğunu söyləyib. O, Qarabağ döyüşlərində yaxından iştirak etdiyini deyib:

“Mən fərari deyiləm. İndi də təzə söhbət çıxarıblar ki, guya mən fərari generalam və sairə. Bütün bunlar yalandır. Əgər mən fərarilik etsəydim, mənə nə üçün general rütbəsi verilirdi? Birinci Qarabağ döyüşlər tabor komandiri olmuşam. Ağdamda, Qazaxda gedən döyüşlərdə iştirak etmişəm. Adam bu qədər Allahsız olmaz da! Axı mən ermənilərə qarşı döyüşlərdə iştirak etmişəm. Mənə necə deyirlər ki, fərariyəm və sairə? Görünür, mənə qarşı kampaniya başlayıb”.

Xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla general-mayor Novruzəli Orucovu Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi vəzifəsindən azad edilib. Novruzəli Orucovun vəzifədən çıxarılmasına səbəb oğlu Rüstəm Orucovun 85 saylı marşrut avtobusunun sürücüsü, 1981-ci il təvəllüdlü Sənan Səmədovu döyməsi olub.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …

Bir cavab yazın