Bazar ertəsi , Noyabr 28 2022
Ana səhifə / Cəmiyyət / “Mən demirəm ki, ermənilərlə qucaqlaşacağıq, amma bir yolunu tapacağıq”

“Mən demirəm ki, ermənilərlə qucaqlaşacağıq, amma bir yolunu tapacağıq”

“Vallah, elə insanlar var ki, nə deyim bilmirəm. Yasa gəlsələr də yasda olduqlarınını unudurlar. Yaslar şou xarakterli olmamalıdır. Başa düşmək lazımdır ki, burada insan ölüb, özü də elə-belə ölüm yox, şəhid olub…” 

Bu sözləri Yenisabah.az-a Xalq artisti Rasim Balayev deyib.

Aktyor şəhid yaslarını şoulaşdıranları, yasa gedib sosial şəbəkə hesabında şəkil paylaşanları hədəfə alıb:

“Mənə elə gəlir ki, bu cür yası şoulaşdırmaq, selfi çəkdirib sosial şəbəkələrdə paylaşmaq birmənalı olaraq olmaz, düzgün deyil. Hansı yas yerində selfi çəkdirirlər, fotoqraf çağırırlar? Düzdür, hansısa şəhid yasında televiziya işçiləri, yaxud sayt müxbirləri iştirak edib məsələni işıqlandıra bilər, oradan görüntülər çəkə bilərlər, burada qəbahət yoxdur, onlar işlərini görürlər. Amma fərdi şəkildə yasda iştirak edənlərin bu cür hərəkəti fikrimcə, doğru deyil. Yenə deyirəm, bunu şoulaşdırmaq olmaz! Onlar adi adamlar deyil, şəhiddirlər. O məqama çatmağı hər kəs istəsə də, hamıya qismət olmur. O bir zirvədir”.

Xalq artisti ermənilərlə azərbaycanlılar arasında sülhün tərəfdarı olduğunu desə də, etrmənilərlə birgəyaşayışın çox çətin olacağını qeyd edib:

“Sülh müqaviləsi imzalansa da birgəyaşayış məncə, mümkün deyil. Onlar elə alçaqlıqlar ediblər ki, bunu unutmaq olmur. Hələ də yerləşdirdikləri minalar partlayır, hələ insanlar minaya düşüb ölür, yaxud ömürlük şikəst qalır. Əvvəlcə onlara minaları çıxartdırmaq, mina xəritələrini almaq lazımdır. Əgər sülh varsa, onlar minaların yerini deməlidirlər. Onlarla yaşamaq bizə çox çətin olacaq, amma sülh lazımdır. Çünki insan ömrü boyu müharibə edə bilməz. Ermənilər alçaqlıq etdilər, Azərbaycanın çətin, qoşunu olmayan vaxtında rusların köməyi gəlib torpaqlarımızı zəbt elədilər. İllər sonra bu torpaqlar geri alındı, şəhidlər versək də, qan bahasına torpaqlarımızı qaytardıq. Onların etdikləri adamın yadına düşəndə tükləri biz-biz olur. Ona görə birgəyaşayış üçün zamana ehtiyacımız var. Mən demirəm ki, biz ermənilərlə qonşu olub, qucaqlaşacağıq, amma bir yolunu tapacağıq. Əgər burada qalıb bizim vətəndaşlığımızı qəbul etsələr, bir qrup Qarabağda yaşaya bilər. O ki, qaldı dostluğa, bizim onlarla dostluğumuz qaldı qiyamətə”.

Həmçinin oxuyun

Sənubər İsgəndərli: “Qızıma çox qadağa qoyduğuma görə peşmanam” – FOTO

“Məndə insanlara qarşı həmişə məsafə var. Zarafat sevirəm, deyib-gülməyi xoşlayıram. Çalışıram kiminsə qəlbinə dəyməyim, amma …