Ana səhifə / Cəmiyyət / “Mənəvi irsin qorunması dövlətimizin bütövlüyünə ən böyük xidmətdir”

“Mənəvi irsin qorunması dövlətimizin bütövlüyünə ən böyük xidmətdir”

“Yeni Üfüq Mənəvi İrsin Təbliği İctimai Birliyi” ölkə boyunca “Mənəvi dəyərlərin təbliği: necə və nə etməli?” adlı silsilə tədbirlərini uğurla davam etdirir.
Birlikdən verilən məlumata görə, bu gün növbəti tədbir Balakən şəhər mərkəzi kitabxanasında keçirilib.
Tədbirdə çıxış edən “Yeni Üfüq Mənəvi İrsin Təbliği İctimai Birliyinin” sədri Sevinc Əzimbəyli bildirib ki, silsilə tədbirlərin əsas məqsədi mənəvi dəyərlərin qorunması və mühafizə olunması istiqamətində ölkə vətəndaşları arasında maarifləndirmə işinə dəstək verməkdir: “Xüsusilə, bu çərçivədə gənclərimizə milli vətənpərvərlik ruhunu, mənəvi dirçəlişimizin yüksəlişini ən əsas və müqəddəs prinsip kimi təqdim etməkdir. Onu qeyd edim ki, gələcək nəsillərə milli mənəvi dəyərləri, irsimizi çatdırmaq üçün bu gün hər birimizin üzərimizə böyük məsuliyyət düşür. Dövlətimiz tərəfindən xeyli işlər görülür və bu sahəyə diqqət və qayğı göstərilir. Deyərdim ki, bu gün milli mənəvi dəyərlərimizin həqiqi təəssübkeşi Prezident İlham Əliyevdir”.
Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli çıxış edərək söyləyib ki, milli mənəvi irsimizin qorunması dövlətimizin bütövlüyünə ən böyük xidmətdir: “Ölkəmizdə milli və mənəvi dəyərlərimizin gənclərimizə aşılanması onların gələcəkdə mükəmməl ölkə vətəndaşı kimi formalaşmasına ən mübarək səbəbdir. Radikal qüvvələrin ölkəmizdə birlik və bərabərliyimizin pozulmasına yönələn bütün addımlarının zərərləşdirilməsi naminə hər birimiz Azərbaycan dövlətinin yanında olmalıyıq”.
Tədbirdə Balakən rayon İcra Hakimiyyətinin nümayəndəsi Fariz Nəcəfov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Balakən təmsilçisi Sərxan Tahirzadə mövzu ətrafında çıxış ediblər.
Tədbirdə ictimaiyyət nümayəndələri və rayonun fəal gəncləri iştirak ediblər.

Həmçinin oxuyun

Xalq şairi Musa Yaqub xəstəxanaya yerləşdirildi

Azərbaycanın Xalq şairi, 82 yaşlı Musa Yaqub səhhətində yaranan problemə görə bu gün İsmayıllı rayon …