Şənbə , Avqust 20 2022
Ana səhifə / Cəmiyyət / “Məmurların qazilərə yanaşması kökündən dəyişməlidir” – Raquf Orucovun xanımı

“Məmurların qazilərə yanaşması kökündən dəyişməlidir” – Raquf Orucovun xanımı

“Şəhid ailələrinin, qazilərin, müxtəlif illərdə şəhid olanların problemlərini komitə yaratmaqla çözə bilmərik”. 

Bunu Yenisabah.az-a “Zəfər Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin sədri, “YAŞAT” Fondunun Himayəçilər Şurasının üzvü, 2016-cı ilin Aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova deyib.

Xatırladaq ki, tanınmış jurnalist Rey Kərimoğlu qazi, şəhid ailələri, veteranlar, hərbi qulluqçularla bağlı dövlət komitəsi yaradılması təklifi irəli sürüb. O bildirib: “Problemli məsələlər orada həll olunmalıdır”.

Bu təklifə münasibət bildirən Sevinc Orucova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu kimi həssas təbəqələrə diqqət yetirdiyini bildirib:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təkcə şəhid və qazi ailələri ilə deyil, bir çox həssas təbəqə və digər sosial dəstəyə ehtiyacı olan kateqoriyalarla da işləyir. Düşünürəm ki, bu qəbildən olan insanların – veteranlar, əlillər, şəhid ailələri nin problemlərini komitə yaratmaqla çözə bilmərik. Onlar  kifayət qədər həssas təbəqədir. Bu insanlara dəstək bir komitənin səlahiyyətində ola bilməz. Onlara olacaq dəstək cəmiyyətin hər bir üzvünün bu adamlara qarşı ehtiramla, qayğıyla yanaşmasıdır”.

Sevinc Orucova bildirib ki, problemin həll yolunun əsas sütunlarından biri kimi onlara olan münasibətin dəyişməsidir:

“Məmurlar başda olmaqla, cəmiyyət olaraq bu insanlara münasibəti kökündən dəyişməliyik. Hər kəs oturduğu postda onlara olan münasibəti kökündən dəyişməsə, bir yox, on komitə yaratsaq, orda da narazılıqlar olacaq. Gəlin, görək, bu komitə hansı strukturlarla yaradılacaq, kimlər idarə edəcək, yenə də xalq onlara məmur kimi baxacaq?”. 

Bu cür həssas təbəqəyə yanaşmada Türkiyə təcrübəsini önə çəkən Sevinc Orucova onların qayğıyla əhatə olunmasına hamının sayğı göstərməli olduğunu vurğulayıb:

“Hamımız düşünməliyik ki, ətrafımızda belələri var. Onların siyahıları bütün məmur postlarında var. Sadəcə, onlara yanaşma tərzini dəyişməliyik”.

Həmçinin oxuyun

“Kəmaləddin Heydərov orada tüstü çıxırsa, mütləq o ocağı söndürməlidir”

“İşdə məhəbbət macərası deyim, yoxsa biabırçılıq, bilmirəm… Hər halda, heç bir müəssisə belə şeydən sığortalanmayıb. …