Şənbə , Noyabr 28 2020
Ana səhifə / Cəmiyyət / “Məmurların ağlı olsaydı, heç rüşvətxorluq etməzdilər” – Xalq şairi

“Məmurların ağlı olsaydı, heç rüşvətxorluq etməzdilər” – Xalq şairi

“Bu məmurların ağlı olsaydı, heç rüşvətxorluq etməzdilər. Çünki o qədər pulu yığandan sonra sən pulun quluna çevrilirsən”.
Bunu Moderator.az-a açıqlamasında Xalq şairi Fikrət Qoca deyib. F.Qoca insanın ən böyük düşməninin elə öz nəfsi olduğunu bildirib:
“Mən 1961-ci ildə “Rüşvətxorlar” adlı şeir yazmışdım və çap da olunmuşdu. Sonra kitablarıma da salındı. Elə oldu ki, o şeirə görə mənə təhdid məktubları da gəlmişdi, təhqir edirdilər. Amma mən sevinirdim ki, ölkədə belə adamlara qarşı mübarizə aparılır. İndi məlum olur ki, rüşvətxorların da nəsli davam edirmiş. 1970-ci illərdə rəhmətlik Heydər Əliyev korrupsiyaya qarşı ciddi mübarizə aparırırdı. O illərdə onun rüşvətxorlara qarşı böyük məqaləsi çap olundu. Məqalədə mənim şeirimdən də start gətirmişdi və yazmışdı ki, “Rüşvət xəyanətin ocağı və kürəyimizə sancılan xəncərdir”. Rüşvət koronavirus kimi bir şeydir.
Bu məmurların ağlı olsaydı, heç rüşvətxorluq etməzdilər. Çünki o qədər pulu yığandan sonra sən pulun quluna çevrilirsən. Qorxu içində yaşayırsan ki, birdən pulun batar, oğurlanar, səni həbs edərlər, amma ağlın olsa, səni dövlət qoruyardı ki, o adam işləyir, onunla işiniz olmasın. Sən özün qarovulçuya, qorxağa dönmüsən. İnsanın düşməni elə öz nəfsidir. Amma bunların kökü kəsiləcək. Din də və bütün qanunlar da korrupsiyanın əleyhinədir”.

Həmçinin oxuyun

“Bir nəfər də qalsaq, o bayraq sancılmalı idi” – XTQ giziri (VİDEO)

10 ildir Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən gizir Rauf Qasımov İkinci Qarabağ savaşı ilə bərabər, …