Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Məmurlarımızın milyonluq mülkləri: Kərəm Həsənov, Eldar Əzizov… – SİYAHI

Məmurlarımızın milyonluq mülkləri: Kərəm Həsənov, Eldar Əzizov… – SİYAHI

Britaniyanın bütün dünyada tanınan ATKINS şirkəti “Şəhər Bağları” yaşayış kompleksi barədə bəlkə də çoxdan eşitmisiniz. Bəs bilirsinizmi ki, bu bahalı yaşayış kompleksində Azərbaycanın çox sayda iri məmuru – nazirlərindən tutmuş icra başçılarınacan çox sayda pullu çinovniki məskunlaşıb.

Qaynarinfo.Az-ın araşdırmasına görə, “Şəhər Bağları”nda mülk sahibi olanlardan biri baş nazirin müavini İsmət Abasovdur. O, burada mülkü hələ kənd təsərrüfatı naziri olarkən əldə edib. Belə ki, kompleksə daxil olan binalrdan birinin 11-ci mərtəbəsindəki 3 mənzil üçün Abasov təxminən 6 milyon manat xərcləyib.

Hazırda paytaxtın Səbayel Rayon İcra Hakimiyyətinin başçısı olan Eldar Əzizov da “Şəhər Bağları”nda mənzil sahibi olanlardan biridir. Onun həmin mənzili Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı olarkən aldığı və bunun üçün 1 milyon manatdan artıq məbləğ ödədiyi vurğulanır. O da bildirilir ki, Əzizov Bakı və ətrafındakı çoxsaylı mənzilləri arasında əksərən məhz “Şəhər Bağları”ndakı mülkündə qalmağa üstünlük verir.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun, eləcə də bir sıra digər nazir, nazir müavini, deputat və rayon icra başçılarının da adıçəkilən yaşayış kompleksində mənzillərə sahib olduğu deyilir.

Araşdırmamız nəticəsində o da məlum olub ki, Nərimanov rayonu ərazisində yerləşən “Şəhər Bağları”nın unikallığı 2 hektardan çox ərazisinin 75 faizinin bağlardan, yaşıl qazonluqlardan, fəvvarə və geniş yay hovuzundan ibarət olmasındadır.

“Şəhər Bağları”nda xüsusi inşa edilən idman-əyləncə kompleksinə daxil olan 250 nəfərlik böyük tədbir zalı, solyariya və SPA ilə təchiz olunmuş qapalı hovuz, trenajor zalı, aerobika zalı, 8 nəfərlik kinoteatr, futbol, basketbol və voleybol meydançaları, bilyard və boulinq zalı sakinlərə xidmət göstərir.

Biznes-klas yaşayış standartlarına uyğun olaraq hər mənzil üçün 2 maşınlıq yeraltı dayanacaq və açıq tipli qonaq avtomobil dayanacağı ayrılıb. “Şəhər Bağları” yaşayış kompleksinin yüksək səviyyədə idarə edilməsi BƏƏ-nin aparıcı otellərində təlim keçmiş Xüsusi Təlim Xidməti tərəfindən həyata keçirilir.

Onu da deyək ki, araşdırmamız haqqında danışılan kifayət qədər lüks, bir o qədər də bahalı yaşyış kompleksinin “Bakı Süd” ASC və “Arzu” ASC-nin 3 ha-dan artıq ərazisində inşa edildiyini göstərir, baxmayaraq həmin ərazinin hansı şərtlər altında hərraca çıxarıldığı və bununla bağlı tenderin nə qədər şəffaf həyata keçirildiyi barədə konkret nəsə demək xeyli çətindir.

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …

Bir cavab yazın