Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Məmur  övladlarına  Nail dərsi –  Bahalı avtomobillər və sosial şəbəkələrdən imtina tapşırığı

Məmur  övladlarına  Nail dərsi –  Bahalı avtomobillər və sosial şəbəkələrdən imtina tapşırığı

 

Baş nazirin müavini Əli Həsənovun nəvəsi  Nail Allahverdiyevin törətdiyi avtoqəzanın doğurdu rezonans məmur korpusu arasında ciddi təşviş yaradıb. Qeyd edək ki, bundan əvvəl də məmur övladlarının törətdiyi qəzalar, etdikləri harınlıqlar olub, ancaq Əli Həsənovun nəvəsinin əməlinə verilən reaksiya, ictimai qınaq həddinə çatmayıb. Hətta Ziya Məmmədovun oğlu Anar Məmmədovun fantastiq qiymətə ayı əti sifariş verməsi bu dərəcədə qəzəblə qarşılanmadı.  Vəziyyətin belə olduğunu görən məmurlar övladlarına sosial şəbəkələrdə olan hesablarını bağlamağı, sürdükləri bahalı avtomobillərdən dərhal imtina etməyi  və bahalı məkanları ziyarət etməməyə dair ciddi  tapşırıqlar veriblər. Azinforum.az-ın xüsusilə  məmur övladlarının daha çox istifadə etdikləri İnstaqram şəbəkəsində apardığı araşdırma deyilənləri təsdiqləmiş olub.

Bizim yaxından izlədiyimiz bir neçə tanınmış məmur övladlarının hesablarının bağlandığının şahidi olduq.  Eləcə də, varlı məmurların yaşadığı məhəlləlrdəki evlərindən çıxan bəzi məmur övladlarının  bahalı maşınlardan imtina edərək, daha çox taksi xidmətindən istifadə etdikləri nəzərə çarpır.  Təbiidir ki, Əli Həsənov ranqında bir məmurun öz nəvəsini məsuliyyətdən xilas edə bilməməsi məmurlara harın əməllərlə bağlı kiminsə toxunulmazlıq immunitetinin olmadığını dərk etdirmiş olub. Daxili İşlər Nazirliyinin verdiyi rəsmi açıqlamadan bəlli oldu ki, Əli Həsənovun nəvəsi, general Elçin Quliyevin isə kürəkəni olan Nail həbsdən yaxa qurtara bilməyəcək.  Hesab edirik ki, bu hadisənin doğurduğu rezonans və əlaqədar qurumların məsələyə verdiyi reaksiya  bundan sonra məmur övladlarının davranışındakı ölçü-biçiyə ciddi təsir etmiş olacaq.

Rövşən ƏLİ

Azinforum.az

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın