Çərşənbə axşamı , Sentyabr 22 2020
Ana səhifə / Cəmiyyət / Məleykə Abbaszadə xəbərdarlıq etdi: Vədlərə aldanmayın!

Məleykə Abbaszadə xəbərdarlıq etdi: Vədlərə aldanmayın!

Valideynlər övladlarını ali məktəbə hazırlamaq üçün kimlərəsə və ya hazırlıq kurslarına pul verir. Biz müəllimlərin hansı səviyyədə tədris aparmasına cavabdeh ola bilmərik.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, bəzi insanlar özlərinə biznes qurub və valideynləri cəlb etmək üçün onlara uyğun olmayan vədlər verir.

“Belə vəd verən insanların fəaliyyəti nəticəsində kimlərsə düzgün istiqamət götürməyib və yaxşı nəticə göstərməyib. Məsələn, riyaziyyata meyli olmayan şagirdi bu istiqamətdə hazırlaşdırır və yaxşı nəticə göstərmir. Ona görə deyirəm ki, valideynlər bizim məsləhət mərkəzlərinə müraciət etsinlər. Biz bütün sualları cavablandırırıq”.

Həmçinin oxuyun

Bu çütlük Məhəmməd Ərsoyu NİYƏ HƏDƏFƏ ALDI?

Dünən ad günüm idi… Təbrik edən dostlara təşəkkür edirəm… Amma burada bir təbrik oldu ki, …