Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Cəmiyyət / Məktəblilərdən xoşagəlməz hərəkət – Qalmaqallı videoya aydınlıq gətirildi

Məktəblilərdən xoşagəlməz hərəkət – Qalmaqallı videoya aydınlıq gətirildi

Bakı Şəhər Təhsil İdarəsi iki şagirdin müəllimin qarşısında rəqs etməsi, müəllimə əl qaldırması ilə bağlı yayılan videoya münasibət bildirib.

Qurumun mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov Azvision.az -a bildirib ki, videogörüntü 2017-2018-ci dərs ilinin arpel ayında çəkilib. 

“Video 314 nömrəli məktəbin 6-cı sinfində, rus dili müəllimi Qurbanov Pərviz Frik oğlunun dərsində çəkilib. Həmin vaxt müəllim ayağı sındığı üçün ayağa qalxa bilmirdi. Təbiətən çox mülayim adam olan Pərviz müəllim baş verən hadisəyə görə öz ərizəsi əsasında işdən getmişdi. Videogörüntü isə həmin vaxt müəllim işdən azad ediləndən bir neçə gün sonra yayımlanmışdı”. 

Həmçinin oxuyun

İşğaldan azad olunmuş ərazilərdə sərhəd zastavalarından Reportaj (FOTO/VİDEO)

İşğaldan azad olunmuş Cəbrayıl və Zəngilan rayonları ərazisində Soltanlı, Xələfli, Qumlaq və Xudafərin sərhəd zastavaları …