Cümə axşamı , Sentyabr 23 2021
Ana səhifə / Cəmiyyət / “Məktəblərin açılması təkcə vaksin olunmuş müəllimdən asılı deyil” – Təhsil Nazirliyi

“Məktəblərin açılması təkcə vaksin olunmuş müəllimdən asılı deyil” – Təhsil Nazirliyi

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov valideynlərin vaksin olunması tələbi ilə bağlı səslənən fikrilərə münasibət bildirib.

APA-nın məlumatına görə, sektor müdiri deyib ki, bu sualla bağlı son vaxtlar Nazirliyə jurnalistlər tərəfindən sorğu və telefon zəngləri olur: “Son vaxtlar bizə sorğu, telefon zəngi ilə müraciət edən jurnalist həmkarlarımızın əksəriyyəti eyni sualı verirlər: Məktəblərə valideynlərin vaksin olunması ilə bağlı tapşırıq verilibmi? Cavab budur ki, “Xeyr”, verilməyib. Ancaq suala cavab verilərkən, həm də “Bəli” demək istərdik. Niyə? Ona görə ki, yeni tədris ilində məktəb təkcə vaksin olunmuş müəllimdən deyil, həm də vaksinlənmiş valideyndən asılıdır. Belə deyilmi!? Bir sözlə, “Təhsil üçün vaksinasiya” bu gün də aktualdır”.

Həmçinin oxuyun

Distant təhsil tələbi ləğv edildi

Distant təhsil tələbi ləğv edilib və əyani təhsilə keçid müəyən edilib. Bu, Nazirlər Kabineti “Xüsusi …