Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Cəmiyyət / Məktəblərdə Yeni il tətilinin dəqiq vaxtı açıqlandı

Məktəblərdə Yeni il tətilinin dəqiq vaxtı açıqlandı

Təhsil Nazirliyi Yeni il tətili ilə bağlı məlumat yayıb.

Nazirlikdən bildirilib ki, altıgünlük tədris həftəsi ilə işləyən təhsil müəssisələrində 4-6 yanvar 2020-ci il tarixlərində tədris aparılacağına dair xəbərlər əsassızdır.

Məlumatda qeyd olunub ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 dekabr 2019-cu il tarixli, 461 saylı qərarına əsasən, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilib. Bu qərara müvafiq olaraq, bütün təhsil müəssisələrində tədris yanvarın 7-də başlanılır.

Həmçinin oxuyun

Ermənilərə qan udduran 3 generalımız Türkiyə mətbuatının da diqqətini çəkdi – FOTO

Azərbaycan Ordusu düşməni böyük məğlubiyyətə uğradaraq torpaqlarımızı işğaldan azad etməyə davam edir.27 il sonra ərazi …