Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Cəmiyyət / Məktəblərdə Yeni il şənliyi keçirilsinmi?

Məktəblərdə Yeni il şənliyi keçirilsinmi?

2019-cu təqvim ilinin yekunlaşmasına az sayılı günlər qalıb. Artıq uşaqlar, Yeni ilin əsas atributu – Şaxta babanın gəlişini ən çox gözləyənlər sırasındadır. Şaxta baba və Qar qızla əylənmək, şam ağacı ətrafında dövrə vurub oynamaq uşaqların Yeni il əyləncələri sırasına daxildir. Amma orta məktəblərdə bu cür əyləncələrin təşkilinə icazə verilmir. Belə olan halda da müəllim və valideynlər məcbur qalıb, məktəbdən kənarda, kafe və restoranlarda uşaqları bir araya yığırlar. Lakin bu cür şənliklərin təşkili üçün yığılan pullar heç də bütün məktəbli valideynlərini qane etmir.

Bu vəziyyətdə ortaya belə bir sual çıxır  – kənar yerlərdə şənliyin keçirilməsi üçün böyük məbləğdə pul xərcləməkdənsə, məktəblərdə bayramın keçirilməsi daha yaxşı olmazdımı?

Məsələ ilə bağlı Modern.az-a danışan əməkdar jurnalist, “Kaspi” qəzetinin əməkdaşı Təranə Məhərrəmova məktəb fondunun öz büdcəsindən uşaqlar üçün bayram şənliyi keçirilməsinin daha məqsədəuyğun olduğunu bildirib.

“Özüm məktəbdə oxuduğum vaxtlarda bayram şənliyi mütəmadi olaraq keçirirdik. Bu halın olması çox yaxşı idi, uşaqlar bir yerdə əylənirdi. Bayramın keçirilməsində pis heç nə yoxdur, bir yerə yığışıb gözəl vaxt keçirisən. Uşaqlar ağır təhsil yükündən xilas olub, rübü başa vurduqları üçün Yeni il bayramının keçirilməsi onlara yaxşı təsir edir, növbəti rüb üçün ruh yüksəkliyi yaradır. Eyni zamanda, Yeni il bayramının keçirilməsi uşaqların yaddaşında çox gözəl iz buraxır. Bayramın keçirilməsinə valideynlər pul yığıldığı üçün bəzən narazı olurlar. Məktəb fondu öz büdcəsindən uşaqlar üçün bayram keçirsə daha yaxşı olar. Məsələ ondan ibarət deyil ki, bayram dəbdəbəli keçirilsin, aşırı pul xərclənsin. Az büdcə ilə də uşaqları sevindirmək mümkündür, əsas odur ki, buna görə məktəb özü təşəbbüs göstərsin. Bayram personajlarını, Şaxta baba, Qar qızı görmək, şam ağacı ətrafında əylənmək onların yaddaşında gözəl iz buraxdığı üçün, bayramlar keçirilsə daha yaxşı olar”.

Həmçinin oxuyun

“Bu gün zəngilanlıların heç tükü də tərpənmir…”

“Təkcə  Zəngilanın yox, eləcə də Cəbrayılın, Qubadlının, Füzulinin işğal tarixi sözün həqiqi mənasında keçmişə qovuşur”.Bunu Moderator.az-a …