Çərşənbə , İyul 6 2022
Ana səhifə / Cəmiyyət / Məhkumluğu olan maşın sürə bilməz – yeni qanun…

Məhkumluğu olan maşın sürə bilməz – yeni qanun…

Rusiyada yeni qanun qüvvəyə minir. Prezident V.Putin keçmişdə məhkumluğu olan şəxslərin sərnişin və yük daşımalarında işləmək imkanını məhdudlaşdıran qanunu imzalayıb. Əmək Məcəlləsinə müvafiq dəyişikliklər edilib.

Qanuna əsasən, məhkumluğu tam qapanmayan və ya bir sıra orta ağır, ağır və xüsusilə ağır cinayətlərə görə məsuliyyətə cəlb olunan şəxslər taksi sürə edə bilməyəcəklər. Onların arasında: adam öldürmə və ya qəsdən sağlamlığa ağır zərər vurma; adam oğurluğu; quldurluq, soyğunçuluq; zorlama və cinsi toxunulmazlığa qarşı digər cinayətlər; ictimai təhlükəsizliyə, dövlətin təhlükəsizliyinə və konstitusiya quruluşunun əsaslarına, sülh və bəşəriyyətin təhlükəsizliyinə qarşı cinayətlər var.

Avtobus, tramvay, trolleybus sürücüləri işə götürülərkən yalnız məhkumluq və yuxarıda sadalanan kateqoriyadan olan cinayətlər nəzərə alınacaq.

Bəs Azərbaycanda bu sahədə qanunvericilik nə yerdədir? Keçmişdə məhkumluğu olanlar taksi və ya marşrut avtobusu sürə bilərmi? Sürürmü?

O da qeyd edilməlidir ki, zaman-zaman taksi sürücülürərinin davranışları ilə bağlı narazılıqlar olur. Bakıda daha çox istifadə edilən “189″, ”Bolt”, “Uber” kimi taksi şirkətlərdə işləmək üçün onlayn qaydada  sürücülük vəsiqəsini göndərib qeydiyyatdan keçmək kifayət edir ki, sürücü olsunlar. Heç bir tibbi yoxlanışdan keçməyən, bəlkə də əqli cəhətdən zəif, zorakılığa meylli olan bəzi şəxslər Bakı küçələrində hərəkət edir, həm sərnişinlərin, həm də digər yol hərəkət iştirakçılarının həyatını riskə qoyurlar. Hətta sosial şəbəkələrdə paytaxtda bəzi taksi sürücülərinin qadın sərnişinlərinə müxtəlif məzmunlu, eləcə də əxlaqsız təkliflər etdikləri əks olunan videogörüntülər də paylaşılmışdı.

Erməni cinayətləri sistemləşdirildi – İlk dəfə

Əlövsət Allahverdiyev: “Ağır cinayətlər törətmiş şəxsin sərnişin daşıması qadağan olunmalıdır”

Mövzu ilə bağlı hüquqşünas Əlövsət Allahverdiyev “Yeni Müsavat” bunları söylədi:  “Hazırda bu çox aktual məsələdir. İndiyə qədər Bakıda fəaliyyət göstərən özəl şirkətlərə məxsus taksilər var ki, onlar vətəndaşlara qarşı çox kobud rəftarlar, tərbiyəsizlik edirlər. Bunlar heç bir məsuliyyətə də cəlb olunmurlar. Taksi şirkətləri onların məsuliyyətə cəlb olunmasına köməklik göstərmir. Bu da əhalini narahat edir. Ümumiyyətlə, qadınların, körpələrın həyatının təhlükədə olması ilə bağlı çoxlu şikayətlər var. Təəssüflər olsun ki, bu gün Azərbaycanda belə ağır cinayət törətmiş şəxslər nəinki taksi sürücüləri kimi fəaliyyət göstərir, hətta avtobus sürücüsü kimi də çalışırlar. Bununla bağlı bir neçə fakt var. Yaxınlarda avtobus qatarla toqquşmuşdu, onu araşdırıblar, məlum olubdu ki, avtobus sürücüsü həbsxanadan yeni çıxmış şəxsdir. Heç bir şəkildə onu araşdırmadan işə götürüblər. Belə bir adamın təbii ki, məsuliyyəti olmur. İnsan nə zaman məsuliyyətli olur? Həbs olunmaqdan qorxduğu zaman. Artıq bu insanların həbsxanadan çıxdıqdan sonra psixoloji duyğusu olmur.

Avtonəqliyyat vasitələrinin sürücüləri ilə bağlı belə bir tələb var ki, bu tələblərdə bir çox məqamlar mövcddur. Bu bəndlərin içərisində vətəndaşların ağır cinayəti törətməsi məsələsi qeyd olunmayıb. Hansı ki onların narkoloji testdən, alkoqol içki qəbul edib-etmədikləri  aydınlaşır. Amma təəssüf ki, onların məhkum olub-olmaması kimi vacib məsələ aydınlaşmır. Avtomobil nəqliyyatı ilə sərnişin daşınması qaydaları var, burada bütün məsələlər göstərilir. Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş qaydadır. Sığortadan tutmuş fərdi nəqliyyat hüququnu istifadə etmək üçün tələb olunan bütün şərtlər öz əksini tapıb. Təəssüflər olsun ki, orada məhkumluq haqqında, cinayət törətmə haqqında heç bir qayda yoxdur.

Məsələn, “Bolt” vətəndaşlardan işə götürdüyü zaman məhkumluğun olub-olmaması haqqında arayış tələb edir. Amma bu da fikrimcə, formaldır. Təbii ki, kiminsə haqqında böhtan xarakterli fikir söyləmək məsuliyyət yaradır. Amma iddia olunur ki, tez-tez taksi sürücülərini narkoloji testdən keçirsələr, baxarlar ki, əksəriyyəti narkotik maddə qəbul edir ya yox. Bununla bağlı məndə hər hansı fakt yoxdur. Amma mən onu deyə bilərəm ki, şəhərdə baş verən qəza hadisələri göstərir ki, bu maşını ağlı başında olan insan belə idarə edə bilməz. Təbii ki, bu hansısa uyuşdurucu maddənin təsiri altında ola bilər. Bu baxımdan düşünürəm ki, ağır cinayətlər törətmiş şəxslərin Azərbaycanda da sərnişin daşıması qadağan olunmalıdır. Yəni həm avtobus, həm də taksi fəaliyyəti ilə məşğul olan şəxslərin sərnişindaşıması qadağan edilsin”.

Səbuhi Axundov - Vəkil / Hüquqşünas / Hüquqşünaslar / Fərdi şəxslər /  Xidmətlər - Alsat.az - Onlayn Mağaza

Səbuhi Axundov: “İslah olunmuş şəxs təzədən cəmiyyətə adaptasiya olunması üçün reabilitasiyadan keçməlidir”

Vəkil Səbuhi Axundov da mövzu ilə bağlı fikirlərini belə açıqladı: “Bizdə qanunvericilikdə belə bir məhdudiyyət yoxdur. Əslində islah olunmuş şəxsin yenidən cəmiyyətə adaptasiya olunması üçün o mütləq reabilitasiyadan keçməlidir. Onları sağlamlaşdırmaq üçün dövlətin proqramları olmalıdır ki, məhkum yenidən sağlam həyata qayıtsın. Cəmiyyətdə fikir ayrılığı var. Çox iş yerləri əvvəl məhkumluğu olub deyə qəbul etmir. Ümumiyyətlə, qanunvericilikdə belə bir məhdudiyyət yoxdur. Bu faktın özü elə bir pozuntudur. İnsan hüquqlarına ziddir. Şəxsin əvvəllər məhkumluğu olubsa, sonradan cəmiyyətə qayıdandan sonra ona  göstərilən bu münasibət təkrar cinayətə əl atmasına səbəb olur. Bu, bizim yaralı yerimizdir. Hər zaman demişəm, həbsxanalar da islah etmir, oradan qayıdandan sonra da cəmiyyətə adaptasiya oluna bilmirlər. Cəmiyyət də hazır deyil ki, bu prosesdə ona kömək olsun. Putin hüquqdan kənar nə qədər qərar varsa, hamısını qəbul edir. Cəmiyyətin sivil olaraq qəbul edilmiş normaları orada keçmir. Real hadisələri də hər kəs görür, deməyə ehtiyac yoxdur. Məhkumluq keçmiş şəxs digərlərin fərqlənmir. Amma məhkumlar həbsdən çıxandan sonra heç bir reabilitasiyadan keçmir, problem budur. Əksinə bir müddət sonra yenidən cinayət törədib, həbsxanaya qayıdır. Bu da onunla bağlıdır ki, onlar sosial təminatlarını həyata keçirə bilmirlər və məcburdurlar təzədən oğurluq etsinlər. Bizim cəmiyyətdə belə bir fikir var ki, adam oğurluq edibsə, deməli həmişə oğrudur. Artıq əli əyri damğası var”.

Vəkil son dövrlər sürücülərin anormal hərəkətləri və bununla bağlı yaranan narazılıqlara da fikir bildirdi: “Heç kim anadan cinayətkar doğulmur. Cəmiyyət olaraq onu yetişdiririk, o aqressiyanı biz ona doldururuq. Sonda da o aqressiyanı qaytarırlar. Bunlar bir az psixoloji olaraq sosial durumla bağlı olan məsələdir. Yəqin ki, kimlyindən asılı olmayaraq psixoloji gərginlik yarananda hərəkətlərinə idarə etməyəcək vəziyyətə gətirib çıxaran hallar olur. Bu ən ağıllı adam da ola bilər. Hakim də, vəkil də cinayətkar ola bilir. Söhbət davranış qaydalarından doğan münasibətlərdən gedir. Bunun nə vəzifəyə, nə də keçmişə dəxli var”.

Həmçinin oxuyun

Prorektor Şahin Xurşudov GDU-nun həyətində kafe tikib?

Müxalifətçi partiya sədrinin bacısı oğlu necə prorektor oldu..?  Təhsil sistemimizin necə bərbad durumda olması ilə …