Çərşənbə axşamı , Avqust 3 2021
Ana səhifə / Cəmiyyət / Məhkəmədən Abel Məhərrəmov haqda açıqlama

Məhkəmədən Abel Məhərrəmov haqda açıqlama

Bakı şəhəri Yasamal rayon məhkəməsi kütləvi informasiya vasitələrində Bakı Dövlət Universitetinin keçmiş rektoru, sabiq millət vəkili Abel Məhərrəmovla bağlı dərc edilmiş yazılara münasibət bildirib. 

Məhkəmədən bildirilib ki, mətbuatda yazılmış məlumatlar həqiqəti əks etdirmir: “Belə ki, iddiaçı Mirzəyev İsmixan Salman oğlunun cavabdehlər Məhərrəmov Abel Məmmədəli oğluna və Ramazanlı Nəbi Əhməd oğluna qarşı “pul tutulması” tələbinə dair mülki işə baxılması 08.06.2021-ci il tarixə saat 16:30-a təyin edilmişdir.

İddiaçı Mirzəyev İsmixan Salman oğlunun, cavabdehlər Məhərrəmov Abel Məmmədəli oğlunun və Ramazanlı Nəbi Əhməd oğlunun nümayəndələri və vəkilləri Əfəndiyev Altay Seid oğlunun iştirakı ilə 08.06.2021-ci il tarixdə işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin hakimi Vahid Hacıyevin sədrliyi ilə baxılmış və yekun məhkəmə aktı çıxarılmışdır.

Bakı şəhəri Yasamal rayon məhkəməsinin 08.06.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Mirzəyev İsmixan Salman oğlunun cavabdehlər Məhərrəmov Abel Məmmədəli oğluna və Ramazanlı Nəbi Əhməd oğluna qarşı “cavabdehlər Məhərrəmov Abel Məmmədəli oğlundan və Ramazanlı Nəbi Əhməd oğlundan müştərək qaydada görülmüş işlərə görə 811.000 manat pul tutularaq iddiaçı Mirzəyev İsmixan Salman oğluna ödənilməsi”tələbinə dair iddiası rədd edilmişdir. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı Mirzəyev İsmixan Salman oğluna aid edilmişdir.

Hakim Vahid Hacıyevin qəbul etdiyi qətnamə iddiaçı Mirzəyev İsmixan Salman oğlunun, cavabdehlər Məhərrəmov Abel Məmmədəli oğlunun və Ramazanlı Nəbi Əhməd oğlunun nümayəndələri və vəkilləri Əfəndiyev Altay Seid oğlunun iştirakı ilə elan etmişdir. Qətnamədən çıxarışlar tərəflərə müvafiq qaydada təqdim edilmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq əsaslandırılmış qətnamənin 10 gün müddətində tərəflərə təqdim ediləcəyi bildirilmişdir.

İşə baxılması və qətnamənin elan edilməsi məhkəmə zallarında proseslərin daha dəqiq və sürətlə protokollaşdırılmasına xidmət edən və audio-video yazılışları aparan “AZ-Femida” sistemi vasitəsilə həyata keçirilmiş və arxivləşdirilməklə mülki işə əlavə edilmişdir.

Yaranmış vəziyyəti aydınlaşdırmaq məqsədilə 11.06.2021-ci il tarixdə iddiaçı Mirzəyev İsmixan Salman oğlu məhkəməyə dəvət olunmuş və mülki iş üzrə “AZ-Femida”nın çəkdiyi və arxivləşdirilmiş audio-video yazıya məhkəmə zalında baxmış və hakimin qətnaməni elan edərkən iddianı rədd etdiyi bildirdiyini təsdiq etmişdir. Bu barədə müvafiq sənədə də imza atmışdır. İddiaçı Mirzəyev İsmixan Salman oğlu bildirmişdir ki, qulağı yaxşı eşitmədiyinə görə qətnamə elan edilərkən səhv anlamış və iddianın təmin edildiyini düşünmüşdür.

Hakimin əvvəlcə iddia təmin etməsi, sonradan rədd etməsinə dair yazılanlar həqiqəti əks etdirmir. Bu tipli yazıların dərc edilməsi ədalət mühakiməsinin nüfuzuna xələl gətirir və hakimlərə qarşı cəmiyyətdə mənfi fikir formalaşdırmasına xidmət edir. Odur ki, kütləvi informasiya vasitələrinin nümayəndələrini dərc olunan xüsusatları tam, hərtərəfli və obyektiv araşdırmağa və həqiqətə uyğun olmayan, dəqiqləşdirilməmiş məlumatları yaymamağa çağırırıq”.

Məhkəmənin açıqlamasından belə məlum olur ki, hakim Vahid Hacıyev nəinki Abel Məhhərrəmovun leyhinə qərar çıxarıb, hətta 30 manat dövlət rüsumunu da iddiaçıların üzərinə qoyub. 

Həmçinin oxuyun

Makedon Mədəniyyət Nazirliyini sərt TƏNQİD ETDİ: “Mənə qiymət verilmədi”

“Məni niyə kino günündə təbrik edirsiniz? Mənim axı kinoya aidiyyatım yoxdur! Kinoya aidiyyatım olsaydı ən …