Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Cəmiyyət / Məhkəmə  Nazim Məmmədovun jurnalistə qarşı iddiasını icraata götürmədi

Məhkəmə  Nazim Məmmədovun jurnalistə qarşı iddiasını icraata götürmədi

Tezis. Az saytının Baş redaktoru Taleh Şahsuvarlının sabiq deputat Nazim Məmmədov tərəfindən məhkəmə verilməsi barədə xəbər yaymışdıq. Buna səbəb Nazim Məmmədovla Xədicə İsmayılın siyasi təşkilat yarada biləcəyi haqqında Tezis.az  saytında yayınlanmış iddia idi.
Azinforum.az-a daxil olan məlumata görə, Nazim Məmmədovun iddiasına Səbail rayon məhkəməsi 26 iyul 2016-cı ildə baxıb və iddianı icraata götürməkdən imtina edib. Nazim Məmmədov isə həmin qərardaddan Bakı Appelyasiya Məhkəməsinə şikayət verib.
Tezis.az saytının Baş redaktoru Azinforum.az-a  bildirib ki, o bu barədə Bakı Appelyasiya Məhkəməsindən ona gələn bildiriş məktubu əsasında xəbər tutub: “İndi özünü Bəydəmirli kimi tanından Nazim Məmmədovun  iddiasına heç zaman ciddi yanaşmamışam. Odur ki, heç məhkəmə ilə də maraqlanmamışam. Amma görünür məhkəmə də onun iddia ərizəsinin absurd və qeyri-ciddi olduğunu görərək belə bir qərar çıxardıb. Fürsətdən istifadə edərək həmin hakimə təşəkkür edirəm. Azərbaycanda beş-üç manata tamah salmayıb bu cür obyektiv qərarlar çıxaran hakimlərin olması sevindirici haldır”.
Taleh Şahsuvarlı onu da bildirib ki, sentyabrın 14-də Bakı Appelyasiya Məhkəməsində keçiriləcək iclasda iştirak edəcək: “Azərbaycan Respublikasının adından qərar çıxaran məhkəmələrdə iştirak etmək hər bir vətəndaşın borcudur. Nazimin iddiasını darmadığın edəcəm. Mənə vəkil və nümayəndə lazım deyil. Əgər şərəf və ləyaqətdən danışırsa,  o da vəkilin, nümayəndənin arxasında gizlənməsin. Ailəvi dostu Xədicəni götürüb məhkəməyə gəlsin. Gözləyirəm! ”

Mövzu ilə bağlı Nazim Məmmədovun da fikirlərini öyrənməyə çalışacayıq.

Çinarə SEYİDOVA

Azinforum.az

Həmçinin oxuyun

Polisə: “Yazma, bunu burax”, – deyən şəxs başını bəlaya saldı

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) paytaxtın 20 Yanvar dairəsində və “Şamaxinka” adlanan ərazidə …

Bir cavab yazın