Cümə , Dekabr 9 2022
Ana səhifə / Cəmiyyət / Məhkəmə “Lider TV” ilə bağlı daha bir qərar çıxardı

Məhkəmə “Lider TV” ilə bağlı daha bir qərar çıxardı

Bakı Kommersiya Məhkəməsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin ləğv prosesində olan “Lider TV və Radio-Azərbaycan” MMC-yə qarşı daha bir iddiasına baxılıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlham Əhmədovun sədrlik etdiyi iclasda qərar elan edilib.


Qərara əsasən, İstehsalat Birliyinin iddiası təmin olunub.
 

Xatırlatma: “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin ləğv prosesində olan “Lider TV və Radio-Azərbaycan” MMC-yə qarşı müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr və digər məsələlər barədə tələb irəli sürüb.


Bakı Kommersiya Məhkəməsində İstehsalat Birliyinin eyni iddiası ilə bağlı daha bir qərar xeyrinə elan olunmuşdu.
 

Qeyd: “Lider TV və Radio-Azərbaycan” Bakı Kommersiya Məhkəməsinin 16 iyun 2020-ci il tarixli qətnaməsi ilə müflis elan olunub, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirli yanında Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin (Teleqüllə) texniki direktoru Mikayıl Hümmət oğlu Abbasov onun əmlak inzibatçısı təyin olunub. Qətnamədən verilən şikayəti Bakı Apellyasiya Məhkəməsi təmin etməyib. Daha sonra Ali Məhkəməyə müraciət olunub. Qərara əsasən, şikayət təmin edilməyib və “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı qətnamə dəyişdirilmədən saxlanılıb.


Bağlanmış teleradio şirkəti “Teleqüllə”yə borclu olduğundan onun əmlakını da “Teleqüllə”nin rəhbəri satır.
 

Onu da əlavə edək ki, “Lider TV və Radio-Azərbaycan” MMC 1998-ci ildə qeydiyyatdan keçib. Şirkətin nəzdində “Lider TV” (1 sentyabr 2000-ci ildən), həmçinin “Radio Lider” fəaliyyət göstərirdi.
 

Milli Televiziya və Radio Şurasının (MTRŞ) 2021-ci il mayın 24-də keçirilən iclasında elan olunub ki, Şura “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflisləşməsinin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunduğunu nəzərə alıb və MMC-yə ümumrespublika televiziya və radio yayımı üçün verilmiş 19 yanvar 2018-ci il tarixli, 169 qeydiyyat nömrəli lisenziyanın qüvvəsinə xitam verib.

Beləliklə, qərarla “Lider TV və Radio-Azərbaycan” MMC-nin televiziya və radio yayımının 1 iyun 2021-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılıb.

Həmçinin oxuyun

Aqil Abbasdan yaşlı aktyorların işdən çıxarılmasına etiraz: “Elə tamaşalar qoyulur ki…” — VİDEO

Son vaxtlar yaşlı aktyor və aktrisaların teatrdan kənarlaşdırılması ilə bağlı məsələlər müzakirə mövzusuna çevrilib. Bir …