Şənbə , Yanvar 16 2021
Ana səhifə / Cəmiyyət / Məhkəmə icra başçısına “yox” dedi

Məhkəmə icra başçısına “yox” dedi

Məhkəmə Şəmkir Rayon  icra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun “Şəmkir Şampan Şərabları” ASC-nin direktoru Hafiz İbrahimova qarşı şikayətinə  baxıb.
Bu barədə unikal.org-a H.İbrahimovun özü məlumat verib.
O, bildirib ki, Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə baş tutan məhkəmə prosesində icra başçısı Alimpaşa Məmmədovun şikayəti təmin edilməyib.
Qeyd edək ki, A.Məmmədov iş adamının onun şərəf və ləyaqətinin alçaltdığını iddia edərək AR Cinayət məcəlləsinin 147.1 və 148-ci maddələri ilə H.İbrahimovun cinayət məsuliyyətinə cəlb edilməsini istəyirdi.

Həmçinin oxuyun

Azərbaycanın adı təhlükəli ölkələr siyahısından çıxarıldı

Ukrayna Azərbaycanı koronavirus pandemiyasının daha geniş yayıldığı “qırmızı zona” siyahısından çıxarıb. Bu barədə Ukraynanın Səhiyyə …