Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / MƏHKƏMƏ ELNUR MƏHƏRRƏMLİ BARƏSİNDƏKİ HÖKMÜ DƏYİŞMƏDİ

MƏHKƏMƏ ELNUR MƏHƏRRƏMLİ BARƏSİNDƏKİ HÖKMÜ DƏYİŞMƏDİ

Bu gün jurnalist Elnur Məhərrəmlinin barəsində olan hökmdən verilən apelyasiya şikayətinə baxılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, şikayətə Bakı Apelyasiya Məhkəməsinin hakimi Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə baxılıb.

Bu barədə E.Məhərrəmlinin vəkili Elçin Sadıqov məlumat verib.

E.Sadıqov vəsatət verərək iddiaçı olan Bakı şəhər BDYPİ-nin rəisi Nuşirəvan Səfərovun məhkəməyə gətirilməsini istəyib. Vəsatət təmin edilməyib.

Məhkəmə kollegiyasının qərarı ilə apelyasiya şikayəti təmin edilməyib və Xətai rayon məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Bakı şəhər BDYPİ-nin rəisi Nuşirəvan Səfərovun jurnalist Elnur Məhərrəmli barəsində xüsusi ittiham əsasında verdiyi şikayətə Xətai rayon məhkəməsinində baxılıb.

Məhkəmənin 14 yanvar 2016-cı il tarixli hökmü ilə Elnur Məhərəmli Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirləndirilərək 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın